Səddam Hüseynin gizli sənədləri axtarılır
İraq hökumətinin Mərkəzi Kəşfiyyat İdarəsindən geri istədiyi sənədlər bir zamanlar Səddam Hüseynlə ABŞ arasındakı gizli əlaqələri də ortaya çıxara bilər
İraq hökuməti Səddam Hüseyn dövrünün gizli sənədlərini axtarır. Bu sənədlərə 2003-cü ildə ABŞ qoşunlarının ölkəyə hücumu zamanı ya amerikalılar tərəfindən müsadirə olunub, ya da oğurlanıb.
Lent.az.-ın xəbərinə görə, “Röyter” agentliyi məlumat yayıb.
Sənədlər arasında Səddam Hüseynin gizli polisi tərəfindən hazırlanan kəşfiyyat məlumatları, silah bazaları və törədilən qətliamlarla bağlı kasetlər yer alıb.
İraq rəsmiləri bəzi çox önəmli sənədlərin hələ də ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin əlində olduğuna və bu sənədlərin Səddam Hüseynin bir çox gizli əlaqəsini üzə çıxaracağına inanır. İraqın mədəniyyət naziri Tahir Humod oğurlanan sənədlərin geri qaytarılması üçün ölkə qanunlarına dəyişiklik ediləcəyini, əllərindəki sənədləri geri qaytarmayanlar üçün ağır cəza müəyyənləşdiriləcəyini söyləyib. Sənədlər xalq üçün açıq muzeydə nümayiş olunacaq.
“Röyter”ə görə, İraq hökumətinin Mərkəzi Kəşfiyyat İdarəsindən geri istədiyi sənədlər bir zamanlar Səddam Hüseynlə ABŞ arasındakı gizli əlaqələri də ortaya çıxara bilər. Mütəxəssislər də itən sənədlərin geri qaytarılması halında bir zamanlar ABŞ və Qərb ölkələri ilə Səddam Hüseyn arasında kimyəvi silah satışı da daxil olmaqla, bir çox məsələlərlə bağlı gizli əlaqələri üzə çıxaracağına əmindirlər.
Ramiz

Oxşar yazılar

O qədər öskürdü ki, xayası qopdu - Görülməmiş HADİSƏ
11 aprel 2025 , 19:46
İran rejimini məhv edə biləcək ABŞ təyyarəsi: Tehranı qorxuya salıb
11 aprel 2025 , 19:20
Əkrəm İmamoğlu məhkəməyə çıxarıldı: 7 il həbs edilə bilər
11 aprel 2025 , 17:13
Qızın evinə kamera qoyub 6 ay soyunmasını izlədi
11 aprel 2025 , 11:55
İsrail Qəzzanı VURDU: 29 nəfər öldü
11 aprel 2025 , 06:51
Yer kürəsində güclü maqnit qasırğası baş verdi
11 aprel 2025 , 04:56
Nyu-Yorkda helikopter çaya düşdü, 6 nəfər öldü-VİDEO
11 aprel 2025 , 01:30