Moskva yenə qana çalxanır
Bu gün Moskvada rus millətçi gəncləri və Qafqaz əsilli şəxslər arasında növbəti qarşıdurmanın qarşısını almaq üçün xüsusi təhlükəsizlik tədbirləri görülür.
Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, Rusiya paytaxtında milis pasport rejimini sərtləşdirib.
Metro və vağzallarda gücləndirilmiş milis dəstələri növbə çəkir. Milis xüsusən gəncləri və Şimali Qafqaz əsilli şəxsləri diqqət mərkəzində saxlayır. Şəhərdə qruplar halında hərəkət edən gənclər xüsusən diqqət mərkəzində saxlanılır. “Ostankino” telequlləsi ətrafında da xüsusi təyinatlı milis dəstələri yerləşdirilib. Eyni zamanda “Manej” meydanı da mümkün qarşıdurma ehtimalının olduğu yer kimi nəzarət altına götürülüb.
Qeyd edək ki, Rusiya mətbuatında dünən radikal əhval-ruhiyyəli rus və Şimali Qafqaz əsilli gənclərin hesablaşmaq üçün bu gün saat 15:00-da “Ostankino” teleqülləsinin yanına toplaşacaqları barədə xəbərlər yer alıb. Bu xəbər yayıldıqdan sonra Moskva meri Serxey Sobyanin şəhərdə nəzarətin gücləndirilməsi üçün Daxili İşlər Nazirliyinə müraciət edib. Eyni zamanda meriya məmurlarına diaspor qurumları ilə profilaktik iş aparmaq tapşırıb.
Xatırladaq ki, dekabrın 11-də Manej meydanında kütləvi qarşıdurma olub. Bir müddət əvvəl Kabardin-Balkar əsilli şəxsi tərəfindən öldürüldüyü bildirilən “Spartak” futbol klubunun azarkeşi Yeqor Sviridovun xatirəsinə həsr olunmuş aksiya etnik xarakter alıb. Aksiya iştirakçıları millətçi xarakterli şüarlar səsləndirib, hüquq-mühafizə orqanları ilə qarşıdurmaya gediblər. 40 nəfər, o cümlədən milis əməkdaşları yaralanıb. 7 nəfər xəstəxanada yerləşdirilib. 80 nəfər saxlanılıb, 10-dan çox cinayət işi açılıb.
Dekabrın 15-də isə axşam saatlarında rus millətçi gəncləri və Qafqaz əsilli şəxslər arasında baş verən qarşıdurmalar, iğtişaşlar Moskvanın mərkəzində qarışıqlığa yol açıb, 1300 nəfər saxlanılıb.

704