“Qazprom” ABŞ-ı İran amili ilə hədələyir - ŞƏRH
BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarına məhəl qoymayan şirkətlər hələ də var. Belə isə İran hakimiyyətinin şəffaf olmayan atom-nüvə proqramını gerçəkləşdirməsinə yardım edir.
“Forbes Russia”-nın məlumatına görə, “Qazprom neft” Səhmdar Cəmiyyəti İranda fəaliyyət göstərmək üçün bu ölkənin uyğun qurumlarla danışıqlar aparır. Şirkətin başçısı Aleksandr Dyukov jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ-ın yeni yasaqları “Qazprom”-un İslam Respublikası ilə əməkdaşlığına mane olmur.
Şirkət İranın iki neft yatağı ilə bağlı danışıqlar aparır. Tərəflər hələlik razılıq əldə etməyib. Həm də “SİBUR Holdinq”in direktorlar şurasının sədri Aleksandr Dyukov bu şirkətin də İslam Respublikasında layihələr gerçəkləşdirmək niyyətində olduğunu söyləyib.
Bir müddət öncə “Qazprom neft” ilə İslam Respublikasının Milli Neft Şirkəti arasında İranın “Azər” və “Şangüli” neft yatağında birgə fəaliyyətə dair memorandum imzalanmışdı.
Rusiya şirkəti İranın “Cənubi Azadiqan” yatağının öyrənilməsində maraqlı olduğunu da bildirmişdi. Ancaq bu yataq Çinin “CNPC”-si tərəfindən işləndiyindən danışıqlar uzun sürüb. “SİBUR Holdinq” ilk növbədə İranın “Cənubi Pars” yatağında, habelə İslam Respublikası ilə neft-qaz-kimya sahəsində birgə layihələrin gerçəkləşdirilməsini Tehranla müzakirə edib.
Xatırladaq ki, Ağ Ev dekabrın əvvəlində atom silahını yaratmaqda şübhəli bildiyi üçün İrana qarşı yeni qadağa tətbiq etdi. ABŞ Maliyyə Nazirliyinin yeni “qara siyahı”sına İslam Respublikasının “Bank-Millət” dövlət bankı və dəniz daşmaları ilə bağlı olan 10 şirkəti və bu şirkətlərə rəhbərlik edən 5 nəfər düşüb. Onların ABŞ-ın hüquqi səlahiyyətləri altında olan maliyyə qurumlarındakı hesabları dondurulacaq.
“İran hakimiyyəti qanundankənar fəaliyyət göstərmək üçün hələ də qurama şirkətlərdən istifadə edir. Onların ABŞ-ın və BMT-nin sanksiyalarından yayınmaq üçün bu sayaq fəaliyyətinin qarşısını alacağıq” - deyə, Amerika maliyyə nazirinin terrorçuluq və maliyyə kəşfiyyatı üzrə müavini Stüart Levi söyləyib.
Dekabrda qəbul olunmuş bu qanun layihəsinə əsasən ABŞ bütün xarici şirkətlərə İranla neft və neft məhsulları sahəsində ticarəti yasaqlayır. Həmin layihəyə görə, İslam Respublikasının energetika sahəsinə yatırım qoyan şirkətlər 20 milyon dollar məbləğində cərimələnəcək. Bundan əlavə həmin qurumlar ABŞ-ın maliyyə və institutlarının yardımından məhrum olacaq. Qanun layihəsi Amerika Senatında təsdiqləndikdən sonra qüvvəyə minəcək.
Vaşinqton və müttəfiqləri yaxın zamanda İrana qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir. Ötən gün bu haqda kütləvi qırğın silahının problemləri üzrə Ağ Evin müşaviri Heri Seymor bəyanat verib. Onun sözlərinə əsasən, yeni qadağaların tətbiqində məqsəd Tehran hakimiyyətinin “zəif yerlərini” aşkarlayıb, o sahəyə təzyiqləri artırmaqdır. Bununla da uranı öz ərazisində zənginləşdirməkdən çəkindirmək üçün İran rəhbərliyinə maksimum problemin yaradılmasına nail olmaq planlaşdırılıb.
H.Seymor ehtimal olunan sanksiyanın təfərrüatını açıqlamayıb.
Cənubi Koreyanın “POSCO” poladtökmə şirkəti baş direktorunun müavini Şin Cunq Sok İranın “İran xodrou” zavodunda olarkən bildirib ki, sanksiyalar ölkəsi ilə İran arasında avtomobilquraşdırma sahəsinə təsir göstərməyib.
İran KİV-in məlumatına əsasən, tərəflər avtomobilquraşdırma istiqamətində əməkdaşlığı davam etdirmək niyyətindədir.
Şin Cunq Sokun sözlərinə görə, ödənişdə yaranacaq problemi aradan qaldırmaq məqsədi ilə şirkətin adına Tehranda xüsusi bank hesabı açıblar.
İran hakimiyyəti sanksiyaların ölkə iqtisadiyyatına təsir etmədiyini bəyan etsə də Sinqapur hakimiyyəti ötən gün İranın 3 konteyner daşıyıcını – “Tuchal”, “Sahand” və “Sabalan”ı müsadirə edib. Ölkənin Ali Məhkəməsinin qərarına görə, həmin gəmilər İrana borc vermiş qurumların tələbi ilə hərraca çıxarılıb. Əsas kreditor isə Fransanın özəl kommersiya bankıdır.
Dəniz daşımaları üzrə İran dövlət şirkətinin baş direktoru Məhəmmədhüseyn Camar ölkə Tv-sində çıxışı zamanı Sinqapur məhkəməsinin qərarının “siyasi motivli” olduğunu söyləyib.
Sinqapur Ali Məhkəməsinin qərarı Tehran hakimiyyətinin xarici borcları qaytara bilmədiyinə aşkar örnək sayıla bilər. Cənubi Koreya və Rusiya şirkətlərinin sanksiyalara məhəl qoymadan İranla iqtisadi əməkdaşlığı isə gerçək işdən daha çox bütün tərəflər üçün təbliğat xarakter daşıyır.
İran bu sayaq xəbərlərlə dünyaya göstərmək istəyir ki, beynəlxalq ictimaiyyətin qadağalarına baxmayaraq, Tehranla “əməkdaşlıq edənlər hələ də var və buna görə də sanksiyalar ölkənin iqtisadiyyatına təsir göstərmir”.
Cənubi Koreya və Rusiya şirkətləri isə sanki özlərini ABŞ-ın yadına salırlar. Başqa sözlə Ağ evdən sanksiyalar qoşulmaq üçün maliyyə yardımı istəyirlər. Əks halda Tehranla ticarət əlaqəsi quracaqlarını bildirirlər.
Yada salaq ki, BMT təhlükəsizlik Şurasının hələlik sonuncu, 4-cü qətnaməsindən sonra Rusiyanın “Lukoyl” şirkətinin də İranla əməkdaşlıq etdiyi haqda xəbərlər yayılırdı.
Məlumatda bildirilirdi ki, “Lukoyl” şirkəti Çinin “Zhuhai Zhenrong” şirkəti ilə birlikdə İslam Respublikasına neft məhsulları tədarükünü bərpa edib. “Lukoyl”-un “Litasko” bölməsi və “Zhenrong” birlikdə İrana 250 min barrel neft məhsulunu İranın Bəndər-Abbas limanına gətirib.
Habelə payızadək “Litasko” bu limana məhsulların ikinci partiyasını gətirməyi də planlaşdırır.
Ancaq sonradan “Lukoyl”-un təmsilçsi bildirib ki, əvvəl imzalanmış müqavilədən qalan məhsulları gətiriblər. Şirkətin mətbuat xidməti qurumun prezidenti Vahid Ələkbərov məsələdə maraqlı olan bütün tərəflərin diqqətinə çatdıraraq, bəyan etdi: “İran tərəfi ilə heç bir qarşılıqlı əlaqə mövcud deyil. İrana qarşı beynəlxalq sanksiya aradan qaldırılmayanadək şirkətimiz İslam Respublikası ilə işləməyəcək”.
Qeyd edək ki, Rusiya da BMT Təhlükəsizlik Şurasının qətnaməsinin lehinə səs verənlərdəndir. Bununla belə, onlar İslam Respublikasının neft-qaz sahəsinə qarşı sanksiyada nəzərdə tutulan tədbirləri dəstəkləməkdən imtina edirlər. Bu il iyunun ortalarında Rusiyanın energetika naziri Sergey Şmako bildirmişdi ki, İranın şərtləri “ticarət baxımından maraqlı və cəlbedici” olduğundan ölkəsinin şirkətləri İslam Respublikasına neft məhsulları verməyə hazırdır.
Cari ilin aprelində isə “Lukoyl” İranın “Anaran” neft yatağında fəaliyyətini dayandırdığını bəyan etmişdi. Onun bu addımı “beynəlxalq sanksiyalara tuş gəlməmək istəyi” kimi yozulmuşdu. Qeyd edək ki, “Lukoyl”un ABŞ-da 1500 yanacaq doldurma məntəqəsi fəaliyyət göstərir. Şirkətin aksiyalarının 20,6 faizi “Lukyol”un prezidenti Vahid Ələkbərova, 9,25 faizi isə onun müavini Leonid Feduna məxsusdur. Aksiyaların 20 faizi isə ABŞ-ın “ConocoPhillips” firmasınındır.
Sədrəddin Soltan

Oxşar yazılar

Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49
Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26