İsrail aviaşirkətinin Türkiyə təmsilçisi özünü öldürüb
17 dekabr 2010 12:58 (UTC +04:00)

İsrail aviaşirkətinin Türkiyə təmsilçisi özünü öldürüb

Dekabrın 16-da axşam İstanbulda İsrailin El Al aviaşirkətinin Türkiyə təmsilçiliyinin baş direktoru Moşe Koenin cəsədi öz avtomobilində aşkarlanıb.

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, polisin ilkin ehtimallarına əsasən, 40 yaşlı Moşe Koen şəxsi tapançasından özünə atəş açıb.

Avtomobildə baş direktorun həyat yoldaşına yazdığı məktub da aşkarlanıb. Moşe Koen məktubunda ailəsinin onu bağışlamasını istəyib.

Faktla bağlı cinayət işi başlanıb. Moşe Koen 2007-ci ildən İsrailin El Al aviaşirkətinin Türkiyə təmsilçiliyinin baş direktoru postunu tutur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 796

Oxşar yazılar