“Mən bilirdim ki, bu gün nə vaxtsa olacaq...”
17 dekabr 2010 16:33 (UTC +04:00)

“Mən bilirdim ki, bu gün nə vaxtsa olacaq...”

Məşhur amerikalı jurnalist Larri Kinq dekabrın 16-da “CNN” telekanalında sonuncu dəfə Larry King Live tok-şousuna çıxıb. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, 77 yaşlı Larri Kinqin sonuncu qonaqları aktyor-siyasətçi, Kaliforniya ştatının qubernatoru Arnold Şvartsnegger, ABŞ-ın sabiq prezidenti Bill Klinton və məşhur cazmen Tonni Bennet olub.

Studiyaya Larri Kinqin həyat yoldaşı və iki oğlu da gəlib. Larri Kinq tok-şounun başlanğıcında emosiyalarını gizlətməyib: “Axşamınız xeyir, Larry King Live tok-şousunun son çəkilişinə xoş gəlmisiniz. Mən bilirdim ki, bu gün nə vaxtsa olacaq. Ancaq istənilən halda bu sözü dilə gətirmək asan deyil”.

Larri Kinq bu proqramın yaradılmasında ona kömək edən hər bir kəsə minnətdarlıq edib və deyib ki, tamaşaçılarla vidalaşmır, “CNN”də xüsusi şou aparmağı, eyni zamanda radioda işləməyi planlaşdırır.

Arnold Şvartsnegger isə deyib ki, Kaliforniya ştatında bu gün Larri Kinq günü elan edilib. ABŞ prezidenti Barak Obama isə jurnalistə video-müraciət göndərib və onu teleyayımın məşhur titanlarından biri adlandırıb.

Qeyd edək ki, növbəti bir neçə həftə ərzində “CNN” telekanalı Larry King Live tok-şousunun xüsusi maraq doğuran buraxılışlarını təkrar verəcək. 2011-ci ilin yanvarından Larri Kinqin yerini efirdə “Americas got talent” proqramı ilə məşhurlaşan jurnalist Pris Morqan alacaq.

Larry King Live tok-şousu 1985-ci ildən efirə çıxır. Ötən 25 il ərzində bu tok-şou “CNN”nin ən populyar buraxılışı olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 492

Oxşar yazılar