“OMON” Qırmızı meydanı bağladı –
Moskvadakı Qırmızı meydan milis əməkdaşları tərəfindən tam mühasirəyə alınıb. Lent.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, meydana gələn bütün küçələr, o cümlədən Manej meydanından gələn küçə nəzarətə götürülüb.
Manej meydanında “OMON”un çoxsaylı əməkdaşları və atlı polislər toplaşır. Qırmızı meydandakı bütün turistlərə ərazini tərk etmək əmr olunub. Görülən tədbirlərlə bağlı açıqlama verilmir.
Milis Kiyev vağzalı ətrafındakı insanları da sıxışdırıb çıxarıb. İnsanların əsas hissəsi metroya düşüb, digər hissəsi isə milisin müşayiəti altında Avropa meydanına doğru yönləndirilib.
Bundan əlavə, “Kiyev” metro stansiyası da bağlanılıb.
Milis əməkdaşları səsgücləndiricilər vasitəsilə insanları dağılışmağa çağırırlar. Buna baxmayaraq, Kiyev vağzalı ətrafında toplaşan kütlə millətçi şüarlar səsləndirir. Bir qrup şəxs “Ruslar, irəli” qışqıraraq Bryansk küçəsinə tərəf irəliləyir. Onları milis əməkdaşları izləyir. Bir neçə şəxs həbs olunub.
Eyni zamanda, Smolensk sahilətrafı rayonunda toqquşma başladığı və 5 nəfərin yaralandığı barədə məlumat daxil olub. Lakin rəsmi mənbələr informasiyanı təsdiqləməyə tələsmirlər.
Moskva qaynayır...

Oxşar yazılar

Rusiyada Şahin Şıxlinskinin oğlu saxlanıldı-YENİLƏNİB
15 iyul 2025 , 23:09
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadıldı
15 iyul 2025 , 22:31
Ox uşağın beynini deşdi, sağ qaldı
15 iyul 2025 , 17:44
İki uşağı öldürən sehrbaz tutuldu - 11-ni də öldürəcəkmiş
15 iyul 2025 , 13:20
Silahlılar kəndə basqın edib 300-dən çox adamı öldürdülər
15 iyul 2025 , 12:36
115 yaşlı marafonçu faciəli şəkildə öldü
15 iyul 2025 , 12:07
Doğuşdan 17 saat əvvəl hamilə olduğunu öyrəndi - Özü DANIŞDI
15 iyul 2025 , 11:13