Özbəkistan İrana qarşı
İslam Respublikası sanksiya ucbatından ŞƏT-ə üzv ola bilməz
Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə toplantısı keçirilib. Xatırladaq ki, İran prezidenti bu tədbirə qatılmayıb. Qurumda müşahidəçi kimi iştirak edən İslam Respublikası yığıncaqda nümayəndə heyəti ilə təmsil olunub.
Lent.az-ın “vedomosti.ru”-ya istinadən məlumatına görə, rəsmi Daşkənd İranın ŞƏT-ə üzv olunmasının mümkünsüzlüyünü bəyan edib. Özbəkistan bunu Tehran hakimiyyətinə qarşı BMT-nin qəbul etdiyi qətnamə ilə əlaqələndirib.
Bu gün ŞƏT üzvləri - Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Çin və Özbəkistan quruma yeni üzvlərin qəbulu ilə bağlı məsələni müzakirə edib. Həmin layihədə qeyd olunub ki, bloka daxil olmaq istəyən dövlət Avrasiya məkanına aid olmalı, ŞƏT üzvləri ilə diplomatik əlaqə saxlamalı, qurumda müşahidəçi və ya tərəfkeşlik üçün danışıqlar aparmalıdır. Bundan başqa, BMT-nin sanksiyalarına məruz qalmamalı, eləcə də başqa dövlətlərlə silahlı münaqişədə olmamalıdır.
2006-cı ildən BMT-nin sanksiyası tətbiq edildiyindən sonuncu müddəa İranın bu quruma üzvlüyünü istisna edir.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 4-cü, sonuncu qətnaməsindən sonra İrandakı bir qrup siyasətçi Rusiya və Çini “İslam Respublikasının düşmənləri” siyahısına daxil edib.
İran müşahidəçilik statusundan hələlik imtina etməyib. İslam Respublikası ilə yanaşı, Pakistan və Monqolustan da daimi üzvlüyə qəbul edilməyib.
Ötən ilin iyununda keçirilmiş sammit iqtisadi məsələyə həsr olunmuşdu. Həmin toplantıda Çin ŞƏT üzvü olan dövlətlərə ayırdığı 10 milyardlıq kreditin müddətini uzatmışdı.
Bu yığıncaqda isə üzvlük məsələsi ilə yanaşı, təşkilat daxili məsələ, bölgənin təhlükəsizlik problemləri, Qırğızıstan və Əfqanıstandakı vəziyyət müzakirə edilib.
Rusiyalı politoloq Fyodor Lukyanovun fikrincə, hələ ki ŞƏT-in səmərəliliyindən danışmaq tezdir, ancaq onu çəkisi beynəlxalq aləmdə tədricən artmaqdadır. Onun sözlərinə görə, Monqolustan yaxın gələcəkdə üzvlüyə qəbul oluna bilər, amma Pakistan isə Hindistansız quruma qəbul edilə bilməz. “ŞƏT daxilində iki xətt müşahidə olunur: Çin iqtisadi inteqrasiya, Rusiya isə hərbi-siyasi vektorun tərəfdarı kimi çıxış etməkdədir” - deyə, o, bildirib.
Sədrəddin Soltan

525