Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, qəza rayonun Üçtəpə kəndində qeydə alınıb.
Belə ki, "Opel" və "Toyota" markalı minik avtomobilləri toqquşub.
Nəticədə, 1979-cu il təvəllüdlü H.Məlikov və 1994-cü il təvəllüdlü C.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.