Küveytdə İranın casus şəbəkəsi aşkarlanıb
İran İslam Respublikası ilə Küveyt arasında ciddi diplomatik-siyasi qalmaqal yaranıb.
Lent.az-ın “mignews”-a istinadən məlumatına görə, Küveyt parlamentinin bir qrup üzvü qonşu İrana qarşı ciddi sanksiyanın qəbulunu tələb edib.
Küveyt parlamentinin ultramühafizəkar deputatı Məhəmməd Haifə deyib: “Biz İranla bütün əlaqələrin kəsilməsini və ölkəmizin Tehrandakı səfirinin geri çağırılmasını tələb edirik”.
Mülayim xətt təmsilçisi, parlamentin müdafiə komitəsinin sədri Şüayab əl-Müvaziri bildirib ki, “İranın casus şəbəkəsi ilə bağlı deyilənlər təsdiqlənəcəyi halda” onlar da əlaqələrin kəsilməsi ilə bağlı tələblərə qoşulacaqlar.
Xatırladaq ki, ölkədə çıxan “əl-Qəbəs” qəzeti Küveyt xüsusi xidmət orqanları tərəfindən İran İslam İnqilab Keşikçiləri Qvardiyasına (“Sepah”) aid casus şəbəkəsinin aşkarlanması barədə məlumat yaymışdı. Xəbərdə 7 nəfərin tutulduğu bildirilir. Onlar Küveytin Daxili İşlər və Müdafiə nazirliklərində çalışırmış.
“Frans press”-in bildirdiyinə görə, onların 6-sı eyni casus şəbəkəsinin üzvü olub. Küveytin Sələbiyyə şəhərindəki şəbəkə liderinin mənzilində dövlət əhəmiyyətli obyektlərin fotosu, hərbi xəritə, mürəkkəb quruluşlu rabitə aparatı, habelə 250 min ABŞ dolları aşkarlanıb.
“əl-Qəbəs”-in yazdığına görə, bu şəbəkənin maliyyələşdirilməsi, əlaqələndirilməsində rolu olmuş iki livanlı da axtarışdadır. Məlumatda bildirilib ki, bu sayaq əməliyyatların keçirilməsində mütəxəssis sayılan qvardiyaçı livanlı “əlaqələndirici zabit” kimi fəaliyyət göstərib. Qəzet yazıb ki, onlar İranın İsfahan və Şiraz şəhərlərində “Sepah”ın yüksək rütbəli zabitləri ilə dəfələrlə görüşüb, təlimatlar alıb.
İran hakimiyyəti ittihamları rədd edib. İslam Respublikası Xarici İşlər Nazirliyi mətbuat xidmətinin katibi Ramin Mehmanpərəst bunu İrana qarşı təbliğatın tərkibi sayıb.
Küveytin təhlükəsizlik qurumundan isə bildirilib ki, casus şəbəkəsi ölkə və ABŞ hərbi bazalarının, önəmli obyektlərin fotosunu çəkməklə yanaşı, Amerika ordusunun Küveyt ərazisində keçirdiyi hərbi təlimlərin yeri və tarixi barədə məlumatlar toplayırmış.
Küveyt hökumətinin sözçüsü Məhəmməd əl-Bəsiri isə məsələyə dair araşdırmanın davam etdiyini, bu proses başa çatdıqdan sonra istintaq materiallarının prokurorluğa göndəriləcəyini söyləyib.
Küveytdə çıxan “əl-Siyassah” qəzeti isə yazıb ki, həbs olunanların arasında üç iranlı və bir yəmənli də var imiş. Onlar İranın Küveytdəki səfirliyinin hərbi bölməsindən aldıqları maliyyə vəsaitini casuslara verirmiş. Şəbəkə iranlı bir qadının yuxarıda bəhs etdiyimiz məsələlərə dair xəbərlər əldə etmək üçün Küveyt xüsusi xidmət orqanının əməkdaşına pul təklif etməsi ilə aşkarlanıb.
Məlumatda o da xatırladılıb ki, aprelin ortalarında Bəhreyn Xarici İşlər Nazirliyinin əməkdaşı Mənsur bin Rəcəb də “Sepah”la əlaqəsinə görə tutduğu vəzifədən azad edilmişdi.
Yaxın Şərqin aparıcı KİV-dən sayılan “əl-Vəsət” qəzeti həbs olunmuş 14 casusun adı açıqlandıqdan sonra İranın 5 casusunun Küveytdən qaça bildiyi haqda xəbər dərc edib.
İran İslam Respublikasının Küveytdəki səfiri Əli Cənnəti İran Nəzarət Şurasının başçısı Əhməd Cənnətinin oğludur. Əli Cənnəti əvvəllər ölkəsinin Daxili İş Nazirliyində siyasi şöbə rəisi, daha sonra nazir müavini işləyib. Cənnətilərin ETTELAAT və Qvardiya ilə də əməkdaşlıqları İranda hər kəsə bəllidir.
Sədrəddin Soltan

543