Klinton Əhmədinijatı təkzib etdi
İranla ABŞ arasında “girov” qalmaqalı davam edir. Bu günlərdə Amerikanın həmin “girovları” qarşılıqlı olaraq dəyişməsi haqda xəbər yayılmışdı. BBC-nin fevralın 4-də yaydığı məlumata görə, rəsmi Vaşinqton qarşılıqlı mübadilə barədə xəbərləri təkzib edib. ABŞ-ın dövlət katibi Hillari Klinton bildirib ki, onlar hətta Tehranın bu təklifinə baxmağı belə nəzərdə tutmayıblar.
Xatırladaq ki, 2009-cu ilin yayında İran-İraq sərhədində üç amerikalı turist tutulmuşdu. Şeyn Baver, Sara Şord və Coşua Fetal ABŞ-ın xeyrinə casusluqda şübhəli bilinərək, İranda həbsxanada saxlanılırlar. Saxlanılanlar yaxınları vasitəsi ilə bildirmişdilər ki, onlar dağa səyahət edərkən, İraqın Şimalındakı dağlarda azıblar.
H.Klintonun sözlərinə görə, amerikalı turistlər insanlıq naminə təcili olaraq sərbəst buraxılmalıdır. Ona cavabında İran prezidenti Mahmud Əhmədinijat bununla bağlı uyğun danışıqlar aparıldığını bəyan edib. Dövlət katibi İran hökumət başçısının bəyanatının “həqiqətə uyğun olmadığını” bildirib: “ABŞ-la İran arasında heç bir danışıq aparılmır. Biz hesab edirik ki, Tehran bizim həmvətənlərimizi təcili olaraq sərbəst buraxmalıdır”.
Dövlət Departamentinin mətbuat attaşesi Pi Cey Krouli də bildirib ki, ABŞ həbsxanalarında saxlanılan iranlıların məsələsini İranda həbsdə saxlanılan amerikalı turistlərin işi ilə müqayisə etmək düzgün deyil.
Onu da qeyd edək ki, Bakıda səfərdə olarkən İran xarici işlər nazirinin müavini Həsən Qaşqavi ABŞ-da saxlanılan 11 iranlının “günahsız” olduğunu deyib. O, İran tərəfinin üç amerikalı turisti həmin 11 nəfərə dəyişməyə hazır olduğunu bir daha təkrarlayıb.
İran tərəfi iddia edir ki, Amerika tutulanlara qarşı konkret ittiham irəli sürməyib. Qaşqavinin sözlərinə görə, bu iranlıların azadlığa buraxılması təmsil etdiyi qurumun üstünlük verdiyi məsələlərdəndir.
Rəsmi Tehran bəyan edib ki, 11 nəfər, o cümlədən 2009-cu ildə Səudiyyə Ərəbistanında naməlum şəkildə “yoxa” çıxmış atom fiziki Şəhram Əmiri, 3 il öncə Türkiyədə “itkin düşmüş” İran müdafiə nazirinin keçmiş müavini Əlirza Əsgəri, iki əvvəl Gürcüstanda tutularaq, ABŞ-a təhvil verilmiş Hüseyn Ərdəbilinin hazırda ABŞ-da saxlanılır.
Yeri gəlmişkən, hazırda İran həbsxanasında ABŞ vətəndaşları Rza Təqəvi və Kian Tacbəxş də saxlanılır. Bundan başqa iki öncə ABŞ Federal Təhlükəsizlik Bürosunun keçmiş əməkdaşı da İranın Kiş adasında oğurlanıb. Rəsmi Tehran onun İslam Respublikası ərazisində olmadığını dəfələrlə bəyan edib.
Son zamanlar baş verənlərdən belə anlaşılır ki, ABŞ-da saxlanılan 11 İran vətəndaşı girov və ya məhbus deyil. Ona görə də həmin iranlıların daha çox könülü olaraq ABŞ-a sığındığını ehtimal etmək mümkündür, eləcə də həmin şəxslərin ABŞ-da müəyyən süzgəcdən keçdiyi də istisna olunmur. Təhlükəsizlik baxımından onlar barədə ətraflı məlumat verilməməsi diqqətçəkən məqamlardandır.
Sədrəddin Soltan

655