“Samsung” şirkətinin rəhbəri Li Qon Hi dünyasını dəyişib.
Lent.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə o, Seul şəhərindəki xəstəxanaların birində vəfat edib.
1942-ci ildə doğulan Li Qon Hi 1987-ci ildə “Samsung”un sədri vəzifəsində şirkətin qurucusu olan atasını əvəzləyib.
2014-cü ildə Li Qon Hi ürək tutması keçirib, bundan sonra korporasiyaya nəzarət oğlu, vite-prezident Li Çje Yona keçib.