Rusiya musiqi camiəsi təhlükə altındadır. Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalist Kseniya Sobçak öz “Telegram” kanalında “sos” verib. Dediyinə görə, dünən koronavirus aşkarlanan Xalq artisti Lev Leşenko martın 13-də müğənni çox sayda müğənni və bəstəkarların, bir sözlə, Rusiya musiqi camiəsinin toplaşdığı məclisdə olub. Məclis bəstəkar İqor Krutoyun bacısı Allanın yubileyi münasibəti ilə təşkil edilibmiş. Aralarında Nikolay Baskov, Vladimir Vinokur, Oleq Qazmanov, İrina Alleqrova, Aleksandr Razenbaum, Valeriy Leontev, Aleksandr Serovun və başqalarının olduğu yubiley mərasimində Lev Leşenko özünü çox pis hiss etdiyini deyirmiş.
Jurnalistin dediyinə görə, bu adamlar hamısı Lev Leşenkodan yoluxmuş ola bilərlər, "hətta yoluxublar".
Rusiyada kütləvi tədbirlərə qadağa bu yubileydən bir neçə gün sonra qoyulub.
Belə məlum olub ki, Lev Leşenko xaricdən qastroldan qayıtdıqdan sonra karantində qalmaqdan imtina edib.
Qeyd edək ki, Rusiyanın Xalq artisti Lev Leşenkoda dünən koronavirus aşkar edilib. Müğənni reanimasiyadadır.