Türkiyənin İstanbul şəhərində, məşhur Taksim adlanan ərazidə dilənçi qruplar arasında dava düşüb.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, "Niyə ərazimə girdin" səbəbilə başlanan dava kamrealara həkk olunub. Ətrafdakıların məlumat verməsi ilə əlaqədar dərhal əraziyə polis gələrək hadisəyə müdaxilə edib. Bundan sonra küçə davası sona çatıb.