“Araq, periks, ultrabənövşəyi şüa…” -  Rusiyalı epidemioloq
08 aprel 2020 14:15 (UTC +04:00)

“Araq, periks, ultrabənövşəyi şüa…” - Rusiyalı epidemioloq

Epidemiologlar arağın səthləri koronavirusdan dezinfeksiya edib-etmədiyini açıqlayıb.

Lent.az-ın məlumatına görə, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Epidemiologiya İnstitutunun direktor müavini Aleksandr Qorelov “Rossiyskaya qazeta” ya bildirib ki, virusları öldürmək araq bu məqsədlər üçün istifadə edilə bilər.

Onun sözlərinə görə, hidrogen peroksid (perekis) də koronavirusa öldürücü təsir edir. Adi sabun məhlulu ilə qablar 40 dərəcə temperaturda su ilə yuyularsa, onda koronavirus təhlükəsi aradan qalxar.

Tibbi müəssisələrdə istifadə olunan antiseptiklərə gəlincə, A. Qorelov deyib ki, onlar yalnız virusları deyil, həm də daha davamlı patogenləri öldürürlər.

Onun sözlərinə görə, ultrabənövşəyi şüa da koronavirusu məhv edir, amma onun göz üçün təhlükəli olduğunu unutmaq olmaz .

Alim deyib ki, tezliklə istilər düşəcək və Günəş şüaları koronavirusu öldürəcək: “Olduğunuz məkanda koronavirus xəstələri yoxdursa, təlaşa düşməyə, xüsusi sanitar təmizlik həyata keçirməyə gərək yoxdur. Hər şeyi adi gündəlik rejimə uyğun etmək lazımdır”.

Rusiyalı alim küçədə maska geyinməyin əhəmiyyətsiz olduğunu açıqlayıb: “Koronavirusun açıq havada və qapalı olmayan yerlərdə olma şansı demək olar ki, sıfırdır. İnsanlar metroya və ya dükana girəndə maskalar geyməlidir. Biz damcı infeksiyası haqqında danışırıq - maska ​​100 faiz qorunmanı təmin etməsə də, yoluxma riskini azaldır".

Rizvan Hacıyev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2805
avatar

Oxşar yazılar