Xanımların  DİQQƏTİNƏ:   Bu pilinqi etsəniz…
17 avqust 2021 18:09 (UTC +04:00)

Xanımların DİQQƏTİNƏ: Bu pilinqi etsəniz…

Pilinq dərinin yağ balansını tənzimləyir. Yağlı dəri adətən sızanaqlara və qara nöqtələrə meylli olur. Yağlı bir dəri tipiniz varsa, onu mütəmadi nəzarətdə saxlamalısınız.

Lent.az yağlı dərisi olanlar üçün evdə hazırlanan pilinq reseptini təqdim edir.

Banandan hazırlanan bu pilinq dərini təmizləyir, qidalandırır və sağlam görünüş verir. Banan qabığı ilə həm də dərinizi nəmləndirə bilərsiniz.

Lazım olan məhsullar:

1 yetişmiş banan

4 çay qaşığı qəhvəyi şəkər və ya şəkər pudrası

1 çay qaşığı bal

Hazırlanması:

Bananı doğrayın və əzin. Krem halına gəldikdən sonra bal və şəkər tozunu da əlavə edib yenidən qarışdırın. Hazırladığınız qarışığı dərinizi təmiz yuduqdan sonra çəkin. Bu qarışığı üzünüzdə 10 dəqiqə saxlaya bilərsiniz. Üzünüzü yuduqdan sonra kağız dəsmal ilə qurulayın.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3240
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar