Saç ustasından  məsləhət: "Saçlarınızı evdə rəngləməyin"
14 yanvar 2023 10:23 (UTC +04:00)

Saç ustasından məsləhət: "Saçlarınızı evdə rəngləməyin"

Tanınmış saç ustası Viki-Ann Hoskin boz saçları rəngləməyin üsullarını açıqlayıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu tip saçların rəngini dəyişdirmək üçün uzun müddət boz rəngi tamamilə gizlədəcək qalıcı boya istifadə edilməlidir.

Bununla yanaşı, əgər bu tonda saçlarınıza kölgə vermək istəyirsinizsə, mütləq kəskin dəyişikliyə qaçmamalısınız. Çünki saç rəngini birdən-birə bu qədər dəyişsəniz, istədiyiniz nəticəni əldə etməyə bilərsiniz.

Saç ustası həmçinin, xanımları evdə saç rəngini dəyişməməyə çağırıb:

“Mənim kimi professional saç ustası üçün belə evdə saç rəngləmək çətindir. Çalışın həmişə bir mütəxəssislə məsləhətləşin”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2088
avatar

Sevinc Fərid

Oxşar yazılar