Manikür lampaları  təhlükəlidirmi?
24 fevral 2023 12:35 (UTC +04:00)

Manikür lampaları təhlükəlidirmi?

Manikür zamanı istifadə olunan lampalar həssas dərili insanlar üçün təhlükəlidir. 

Lent.az  xarici mediaya istinadən xəbər verir ki, manikür lampaları dəri hüceyrələrinin zədələnməsinə və hətta ölümünə səbəb olur. 

Alimlər bildirib ki, dərilərində hər hansı problem olan şəxslərdə bu lampalardan tez-tez istifadə dəri xərçənginə gətirib çıxara bilər. 

Məlumata görə, kiçik dozalarda ultrabənövşəyi şüalar orqanizmdə D vitamininin sintezi, beyin qabığında proseslərin aktivləşməsi, zehni və fiziki göstəricilərin artması, yaraların və xoraların daha tez sağalması üçün lazımlıdır. Bununla belə, ultrabənövşəyi radiasiyaya uzun müddət və intensiv məruz qalma müxtəlif xəstəliklərin, o cümlədən xərçəngin inkişafına şərait yaradır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2238
avatar

Sevinc Fərid

Oxşar yazılar