Tanınmış stilist Miranda Holder kilolu qadınların qarderobunda olan yanlış geyim seçimlərinin adını çəkib.
Lent.az xəbər verir ki, artıq çəkili qadınlar çox vaxt bədənlərinin qüsurlarını bildirən dar cins şalvar, qamaş və ya mini ətək geyinirlər.
Stilistin sözlərinə görə, bu cür geyimlər qadınları daha kök göstərir.
Bunun əvəzinə xanımların bədən forması nisbətlərini daha yaxşı göstərən düz kəsilmiş cins və ya enli şalvar geyinməyi təklif edib. Belə geyimlərlə qadınlar özlərinə qarşı daha inamlı olacaqlar.