Bu il payızda  hansı pencəklər   dəbdə olacaq? - FOTO
13 sentyabr 2022 09:09 (UTC +04:00)

Bu il payızda hansı pencəklər dəbdə olacaq? - FOTO

Soyuq və bir qədər də yağışlı havalar isti yay günlərini getdikcə geridə qoyur. Get-gedə dəyişilən hava durumu geyimimizə də təsirini göstərir. Xüsusilə də qadınlar havanın necə olmasından asılı olmayaraq, hər zaman dəbdən geri qalmamağa çalışırlar.

Sərin və soyuq havalarda ən çox isə üst geyimlərə zərurət yaranır. Amma bu aylar keçid dövrü olduğu üçün üst geyimlər çox incə parçadan olmalıdır, qalın olmamalıdır. Onu da qeyd etmək lazımdır ki, hər mövsüm olduğu kimi bu payızda gödəkcələr daha çox dəbdə olacaq. Bəs, bu gödəkcələri necə kombin etmək olar? 

Lent.az bununla bağlı bir neçə məsləhəti sizə təqdim edir: 

“Tüvit” pencəklər

Bir az qalın parçadan tikilmiş pencəklər bu ilin dəbli gödəkcələri arasındadır. Bu modeldə olan pencəklər qadınların sevimli üst geyimlərindən biridir. O əsasən zərifliyi və yığcamlığı özündə birləşdirir. Əvvəllər belə gödəkcələri ətəklə geyinmək məsləhət görülürdü. Amma “tüvit” pencəkləri sadə cins şalvarlarla da kombin etmək mümkündür. Hətta altına tək rəng köynək geyinməklə öz tərzinizi yarada bilərsiniz. 

Zolaqlı pencəklər 

Belə pencəklər çox vaxt vizual olaraq qadınların kök görünməyinə səbəb olur. Amma bu, bir az da onun ölçüsündən asılıdır. Əgər belə pencək sevirsinizsə, çalışın çox bol geyinməyin. Bu gödəkcələr bahalı geyinməyi sevən fransız qadınlarının sevimli geyimləridir. Onların altına əsasən qara rəngli dar şalvar geyinməklə kombininizi tamamlaya bilərsiniz. 

Qısa pencək 

Payız aylarının ən vazkeçilməz geyim növlərindən biri də qısa pencəklərdi. Gündəlik həyatımızda da asanlıqla istifadə edə biləcəyimiz bu gödəkcələr ilin trendləri arasındadır. Belə pencəkləri yüksək belli parça və ya cins şalvarla uyğunlaşdırıb geyinmək olar. Amma daha çəkici görünmək istəyirsinizsə, uzun ətək və ya donla kombin etməyiniz məsləhətdir.  

Dəri gödəkcə

Hər il olduğu kimi bu il də dəri gödəkcələr öz aktuallığını qoruyub saxlayır. Artıq dəri geyimlər moda liderlərindən birinə çevrilib. Belə gödəkcələr hərtərəfli istifadə edilməsi ilə seçilir. Onları digər geyimlərlə uyğunlaşdırmaq çox asandır. 

Boz rəngli pencək

Havalar soyuduqda daha çox tünd rəngli geyimlərə üstünlük veririk. Ancaq boz çalarlı pencəklərə də diqqət yetirmək məsləhətlidir. Belə gödəkcələri istənilən cins və ya rəngli şalvarlarla geyinmək olar. Pencəyin altından açıq çalarlı “crop”lar, qısa “bluz”lar sizin daha dəbli görünməyinizə şərait yaradacaq. 

Süd rəngli uzun pencəklər 

Son illər “oversize” geyimlər dəbdədir. Həmçinin, bol pencəklər də qadınların ən çox sevdiyi gödəkcələrdəndir. Bunlar əsasən idman üslubunu sevməyən xanımlar üçün ideal pencək növüdür. Əsasən iş görüşməsinə gedən qadınlar kombinlərini bu pencəklə tamamlaya bilər. 


 

# 3366
avatar

Sevinc Fərid

Oxşar yazılar

2023-cü ilin trend rəngi MƏLUM OLDU

2023-cü ilin trend rəngi MƏLUM OLDU

3 dekabr 2022 , 18:16
Sizə uğur gətirən əşyalar: At nalı, yonca, açar...

Sizə uğur gətirən əşyalar: At nalı, yonca, açar...

2 dekabr 2022 , 09:09
2022-ci ilin ən populyar  AYAQQABILARI

2022-ci ilin ən populyar AYAQQABILARI

30 noyabr 2022 , 15:55
2023-cü ilin əsas rəngi AÇIQLANDI  - Geyimlərdə bunu istifadə edin

2023-cü ilin əsas rəngi AÇIQLANDI - Geyimlərdə bunu istifadə edin

26 noyabr 2022 , 18:21
Dünyanın ən dəbli qadını  AÇIQLANDI

Dünyanın ən dəbli qadını AÇIQLANDI

25 noyabr 2022 , 17:20
Qışın ən dəbli 7 PALTO MODELİ

Qışın ən dəbli 7 PALTO MODELİ

22 noyabr 2022 , 10:38
İki "vedrədən" ibarət çanta 10,5 min dollara SATILIR  - FOTO

İki "vedrədən" ibarət çanta 10,5 min dollara SATILIR - FOTO

21 noyabr 2022 , 17:34
Qışda nələr dəbdə olacaq? AÇIQLANDI

Qışda nələr dəbdə olacaq? AÇIQLANDI

19 noyabr 2022 , 10:57