Böyük göbəyi  geyimlə necə gizlətmək olar?
03 avqust 2024 15:47 (UTC +04:00)

Böyük göbəyi geyimlə necə gizlətmək olar?

Lent.az böyük göbəkli xanımlar üçün onları daha zərif göstərəcək geyim hiylələrindən bəhs edir.

Tərkibində çox miqdarda elastan olan nazik trikotaj paltar geyinməyin.

Buna görə də, ən yaxşı seçim qarın nahiyəsində boş olan paltarlardır.


Yamaq cibləri və dekorasiyası olmayan paltarları, şort əvəzinə uzun şalvarları seçin.


Qalın parçalardan tikilmiş paltarlar istifadə edin. Belə parçalar qüsurları gizlədir. Buna görə də, nazik ipək və viskozanı kənara qoyub, kətan, pambıq parçalar seçmək lazımdır.


V şəkilli yaxaya üstünlük verin. Üçbucaqlı boyun xətti yalnız böyük qarından diqqəti yayındırmır, həm də üzü nəzərəçarpacaq dərəcədə incələşdirir.


Assimetrik kəsimli midi uzunluqlu paltarlar geyinin. Belə bir paltarda dolğun qadın nəzərəçarpacaq dərəcədə incə görünür.


 Kök xanımlar bel hissəni gizlətmək üçün köynəyi şalvarın içinə yox üstünə salmalıdırlar.

 Geniş ətəkli şalvarlar bədən proporsiyasını gözəl göstərir.


Əgər üstdən korset geyinəcəksinizsə o qısa olub, göbəyi örtməməlidir. Göbəyi uzun köynəklə gizləyin.

A şəkilli don və ətəklərə üstünlük verin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar