Ağ cins şalvarı necə geyinmək olar: 5 dəbli fikir
05 iyun 2025 10:14 (UTC +04:00)

Ağ cins şalvarı necə geyinmək olar: 5 dəbli fikir

Bu, qarderobunuzda mütləq olması gərəkən geyimlərdəndir, çünki ağ cinslər artıq klassikaya çevrilib və onları il boyu rahatlıqla geyinmək mümkündür.

Lent.az bu 5 fikri sizə təqdim edir:

Əgər ağ cins şalvarları yalnız xüsusi hallarda geyinirsinizsə, onları necə kombin etməyi bilmirsinizsə və ümumiyyətlə, sizə yaraşıb-yaraşmadığından əmin deyilsinizsə, biz sizə kömək edəcəyik. Aşağıda təqdim olunan beş aktual obraz ağ cinslərin qarderobda olmasının nə qədər yaxşı bir fikir olduğunu aydın şəkildə göstərir.

1. Monoxrom görünüş
Ağ cins şalvarı geyinməyin ən sadə yolu — onları ağ köynək və ya futbolka ilə kombinləməkdir. Üzərinə iti burunlu ayaqqabılar əlavə edin. Bu obraz həm ofis üçün (əgər sərt dress-kod yoxdursa), həm də rəfiqələrlə kafedə görüş üçün idealdır. Geniş kəsimli şalvar modellərini seçməyiniz tövsiyə olunur.

 / © Getty Images

2. Həm işgüzar, həm gündəlik
Əgər iş yerinizdə işgüzar geyim tələbi varsa, ağ cinsləri şık bir jaketlə tamamlayın. Klassik uzunluqda modellərə üstünlük verin və açıq dabanlı, alçaq dabanlı ayaqqabılarla kombin edin.

 / © Getty Images

3. Rahat ayaqqabılarla
Ağ cinsləri gəzinti üçün geyinmək istəyirsinizsə, yüngül toxunmuş sadə bir sviter və rahat ağ idman ayaqqabıları seçin. Görünüşü daha maraqlı etmək üçün toxunmuş çanta və ya səbət formalı çanta əlavə edə bilərsiniz.

 / © Getty Images

4. Qara gödəkçə ilə
Bu, həm tədbir, həm də iş üçün uyğun olan dəbli və universal bir kombindir. Bu ansambl üçün düz və sərbəst kəsimli cinslər ən uyğun seçim olacaq. Obraza artıq aksesuar və rəng əlavə etmədən sadə saxlamaq tövsiyə olunur.

 / © Getty Images

5. Axşam və qlamur üslubda
Əgər daha qlamur bir görünüş istəyirsinizsə, ağ cinslər yenə də köməyinizə çatacaq. Sevimli klassik şalvarınızı boho stilində bir bluzla kombinləyin, iri aksessuarlar və topuqlu ayaqqabılarla tamamlayın. Bu dəbli tövsiyələrlə ağ cins şalvarları fərqli situasiyalarda rahatlıqla geyinə və qarderobunuza yeni nəfəs gətirə bilərsiniz.

 / © Getty Images

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1148

Oxşar yazılar

2025 yayının trend don modelləri

2025 yayının trend don modelləri

21 iyul 2025 , 17:27
"Bahalı"  görünən manikür

"Bahalı" görünən manikür

19 iyul 2025 , 15:52
İstidə nə geyinmək olar? - 2025-ci ilin yayı üçün 6 DƏB

İstidə nə geyinmək olar? - 2025-ci ilin yayı üçün 6 DƏB

17 iyul 2025 , 10:29
Bu ayaqqabıları  yay səyahətində əsla geyinməyin

Bu ayaqqabıları yay səyahətində əsla geyinməyin

16 iyul 2025 , 15:04
Hər qadına yaraşan saç kəsimləri

Hər qadına yaraşan saç kəsimləri

14 iyul 2025 , 11:37
2000-ci illərin cinsləri, 2025-də yenidən dəbdə

2000-ci illərin cinsləri, 2025-də yenidən dəbdə

14 iyul 2025 , 09:48
2025-ci ilin dəbli çalarları: bahalı görünən 4 rəng birləşməsi

2025-ci ilin dəbli çalarları: bahalı görünən 4 rəng birləşməsi

12 iyul 2025 , 10:14
2025-ci ilin yayının  ən dəbli   geyimi - VİDEO

2025-ci ilin yayının ən dəbli geyimi - VİDEO

8 iyul 2025 , 10:29