2023-cü ilin trend rəngi MƏLUM OLDU
03 dekabr 2022 18:16 (UTC +04:00)

2023-cü ilin trend rəngi MƏLUM OLDU

Dünyaca məşhur "Pantone" şirkəti hər il sonunda növbəti ilin əsas rəngini elan edir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 2023-cü ilin əsas rənginin adı "Viva Magenta" adlanır. Bu rəng çəhrayı tonların birləşib qırmızı rəngi yaratmasından əmələ gəlib.

"Pantone" onu "qeyri-ənənəvi qırmızı" adlandırsa da, "Pantone" Rəng İnstitutunun vitse-prezidenti Laurie Pressman "Bu iddialı çalardır, lakin aqressiv rəng deyil", - deyə, bildirib.

Qeyd edək ki, bu ilin əsas rəngləri bənövşəyi və qırmızı rənglərinin alt çalarları, pastel və "nude" rənglər idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6237
avatar

Nigar Namiq

Oxşar yazılar