Dünya şöhrətli futbolçu Kriştiano Ronaldonun uşaqlarının anası Corcina Rodriqez öz sosial şəbəkə hesabındakı paylaşımları ilə diqqət çəkib.
Lent.az-ın məlumatına görə, hazırda Səudiyyə Ərəbistanında yaşayan cütlük ölkənin qayda-qanunlarına uyğunlaşmağa çalışır.
Qeyd edək ki, “Əl-Nəsr” komandasında çıxış edən Ronaldo üçün ölkədə bəzi güzəştlər edilib. Məsələn, evil olmayan cülüklərin bir arada yaşaması qadağan edildiyi halda, bu qayda Ronaldoya şamil edilməyib. O, 2016-cı ildən bəri uşaqlarının anası olan qadınla rəsmi nikah bağlamadan yaşayır.
Corcina Rodriqez ölkənin bəzi qaydalarına tabe olmaqda çətinlik çəkir. Məsələn, sosial şəbəkə hesabında paylaşdığı bikinili şəkilləri ilə ölkənin qayda-qanunlarını pozmuş sayılır. Buna görə futbolçunun xanımına çoxlu sayda sərt reaksiyalar gəlib.
Ronaldonun ölkəsində isə Corcinanın şəkilləri “Ərəbistan şokdadır” başlığı altında tirajlanıb.