Braziliyalı bir qadın onu soyan kişiyə aşiq olmaqla “ehtiras cinayəti”nə yeni məna verib. İndi onlar ayrılmaz hala gəliblər.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, cütlük romantik dastanlarını onlayn olaraq 232.000-dən çox baxışı olan bir “Twitter” videosunda ətraflı təsvir edbi. Emanuela adlı qadın jurnalistlərə “ilk görüş” haqqında danışarkən “Küçədə gedirdim və hücuma məruz qaldım” deyib.
Onun sözlərinə görə, oğru onun telefonunu götürüb, lakin orada Emanuelanın nömrəsini görəndə, etdiyi əməldən peşman olub. "Qadınım olmadığı üçün çətin vəziyyətdə idim, bilirsənmi?"
Oğru “ilk necə tanış olduğumuz” hekayəsini xatırlayaraq deyib. “Onun şəklini telefonda görəndə öz-özümə dedim: “Nə gözəl qaraşındır, hər gün belə qaraşın görmürsən və telefonu oğurladığıma görə peşman oldum”. Müxbir zarafat edib ki, sən onun telefonunu, sonra da ürəyini oğurlamısan?
Cütlüyün iki ildir görüşdüyü bildirilir.