Rusiya millisinin, “Zenit”in və bir sıra digər yerli və xarici klubların keçmiş hücumçusu Pavel Poqrebnyak həyat yoldaşı Mariya ilə rəsmən boşanıb.
“Sentyabrın 7-də məhkəmə Mariya Şatalovanın Pavel Poqrebnyaka qarşı boşanma və barışıq sazişinin təsdiq edilməsi ilə bağlı iddiasını təmin edib. Nikah pozulub, alimentin məbləği, uşaqlarla ünsiyyət qaydası, uşaqların yaşayış yeri müəyyən edilib”, - Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Preobrajenski rayon məhkəməsinin mətbuat katibi Alisa Spirina bildirib.
Cütlük orta məktəbdən bəri birlikdədyi və 2014-cü ildən evil idi. Pavel və Mariyanın üç oğlu var. Şaiyələrə görə, boşanmaya səbəb futbolçunun həyat yoldaşı televiziyada tok-şouda iştirak edərkən ona xəyanət etməsi olub.