Keçəl sevgilisi üçün   4 ildə  saçını   bu qədər uzatdı
27 yanvar 2024 14:35 (UTC +04:00)

Keçəl sevgilisi üçün 4 ildə saçını bu qədər uzatdı

ABŞ sakini keçəl sevgilisinə parik düzəltmək üçün təxminən dörd il saçlarını uzadıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, miçiqanlı 31 yaşlı Kodi Ennis 27 yaşlı Hannah Hoskinq ilə 2019-cu ilin noyabrında tanış olub. Qıza yeddi yaşında alopesiya diaqnozu qoyulub - saç köklərinin zədələnməsi nəticəsində başda, üzdə və ya bədəndə patoloji qismən və ya tam saç tökülməsi.

Hoskink 2018-ci ildə saçlarını tamamilə itirənə qədər saç xəttini gizlətmək üçün əlindən gələni edib. Sonra parik taxmağa başlayıb.

Kişi sevgilisinin problemindən xəbər tutanda, ona saçını vermək qərarına gəlib: "Bir gün o, sadəcə mənə baxdı və dedi: "Saçını uzatsan, nə qədər istəyərsən?". Qızın cavabı isə 80 santimetr saçdan hazırlanmış parik olub və sevgilisi dərhal onun istəyi ilə razılaşıb.

2020-ci ilin may ayında Ennis saçlarına diqqətlə qulluq etməyə və onları uzatmağa başlayıb. Kişi qalın saçları necə saxlamağa dair onlayn dərslərə baxıb, saçların böyüməsini təşviq etmək üçün baş dərisini hərtərəfli təmizləyib və yüksək keyfiyyətli saça qulluq məhsulları aldı. Üstəlik, Ennis saçlarının qırılmasının qarşısını almaq üçün gecələr saçlarını ipək papaq içinə salıb elə yatırmış.

2023-cü ilin oktyabr ayında kişinin saçı lazımi uzunluğa çatıb və o, təcrübəli parik ustasına gedib. Mütəxəssis saçları kəsib və bir neçə aydan sonra hazır məhsulu cütlüyə göndərib. Hoskinq pariki ilk görəndə ağladığını etiraf edib: "Üç il yarımdır ki, bir hədiyyə almaq inanılmaz idi".

Cütlüyün yaxın vaxtlarda evlənmək planları olmasa da, Hoskinq artıq toy üçün yeni parik taxmağa qərar verib.

Cody Ennis, 31, from Waterford, Michigan, before his haircut.

Cody Ennis, 31, from Waterford, Michigan, after his haircut.

Hannah Hosking with a bald head.

Hannah Hosking, 27, form Waterford, Michigan, wearing her boyfriend Cody Ennis' hair.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5118
avatar

Fidan İlqar

Oxşar yazılar