Evli azərbaycanlı kişi ilə nikaha girən qadına cinayət işi AÇILDI
14 sentyabr 2024 09:25 (UTC +04:00)

Evli azərbaycanlı kişi ilə nikaha girən qadına cinayət işi AÇILDI

Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhərində prokurorluq miqrasiya qanunvericiliyinin icrası zamanı pozuntu aşkarlayıb. Askinski rayon sakini Azərbaycan vətəndaşı ilə qondarma nikah bağlayıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, keçən ilin aprelində cütlük gəlinin hamiləliyi haqqında saxta arayışdan istifadə edərək nikahlarını qeydiyyat şöbəsində qeydə alıblar. Sənəd kişiyə kvota nəzərə almadan müvəqqəti yaşayış icazəsi almağa imkan verib. Azərbaycanlının artıq 2007-ci ildən öz ölkəsində nikahda olduğu müəyyənləşib və bu da yeni nikaha imkan verməyib.

Prokurorluq nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edib. Məhkəmə ərizəni təmin edib və nəticədə kişinin Rusiyada müvəqqəti yaşama icazəsi ləğv edilib. Qadına isə saxta sənəd təqdim etdiyi üçün cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2655
avatar

Mehman Nəbiyev

Oxşar yazılar