Evləndikdən sonra kişilər qadınlara nisbətən daha çox  kökəlirlər
03 mart 2024 13:41 (UTC +04:00)

Evləndikdən sonra kişilər qadınlara nisbətən daha çox kökəlirlər

Evləndikdən sonra kişilər qadınlara nisbətən daha çox kökəlməyə meyllidirlər. 

Lent.az xarici KİV-ə istinadən bildirir ki, yeni araşdırmaya görə, evlilik kişilər arasında, xüsusən də evlilikdən sonrakı ilk beş il ərzində bədən kütləsi indeksinə (BKİ) əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.

Çin Sosial Elmlər Akademiyasının tədqiqatçıları 1989-2015-ci illəri əhatə edən Çinin Sağlamlıq və qidalanma araşdırmasının on turunun məlumatlarını təhlil edbilər. Evliliyin kişilər arasında artıq çəkinin 5,2, piylənmənin isə 2,5 faiz artması ilə əlaqələndirilir.

Ekspertlər qeyd ediblər ki, BKİ-də bu sıçrayış kişilərin evlilikləri irəlilədikcə daha çox yeməyə və daha az məşq etməyə meylli olması səbəbindən baş verib.

Çin Sosial Elmlər Akademiyasının sözçüsü Şiven Tsyuan deyib: "Kişilər yaşlandıqca əhəmiyyətli dərəcədə piylənmə riski ilə üzləşirlər, buna görə də evləndikdən sonra onların sağlam qidalanma vərdişlərini qoruyub saxlamaları və evləndikdən sonra müntəzəm olaraq məşq etmələri vacibdir”.

Əvvəlki araşdırmalar göstərib ki, evli insanların bədən kütləsi indeksi subay insanlara nisbətən əhəmiyyətli dərəcədə yüksəkdir, yəni bir insan intim münasibətlərindən nə qədər çox razıdırsa, onların obez olma ehtimalı bir o qədər yüksəkdir”.

Lakin Qərbdə yaşayaşanlar üçün bu nəticələr fərqli ola bilər. “Tərəfdaş seçmək standartları, evliliyin məqsədləri, toy mərasimlərinin adətləri və evləndikdən sonra məişət vəzifələrinin bölüşdürülməsi Qərb cəmiyyətlərində mövcud olan standartlardan xeyli fərqlənir. Buna görə də, evliliyin BKİ-yə təsiri Çin və Qərb populyasiyaları arasında fərqli ola bilər”, - araşdırmada qeyd olunub.

# 3072
avatar

Oxşar yazılar