Əkiz bacılar ayrılıqdan qorxub eyni kişi ilə  EVLƏNDİLƏR
06 dekabr 2022 18:57 (UTC +04:00)

Əkiz bacılar ayrılıqdan qorxub eyni kişi ilə EVLƏNDİLƏR

Hindistanın Mumbay şəhərindən olan əkiz bacılar ərə getdikdən sonra ayrılmaqdan qorxduqları üçün fərqli addım atıblar. 

Lent.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.

Səyahət agentliyinin işçisi olan 36 yaşlı oğlan bir neçə ay əvvəl baş vermiş qəzanın xəsarətlərinin öhdəsindən gəlmək üçün əkiz bacılara kömək edib. Bacılardan birinin hindli ilə münasibəti daha səmimi olmağa başlayıb. Eyni duyğuları qıza bəsləyən hindli ona evlilik təklifi edib. 

Lakin qız onunla evlənmək üçün şərt kəsib. Şərtə görə, 36 yaşlı kişiyə onun əkiz bacısı ilə də evlənməyə məcbur qalıb. Uşaqlıqdan bəri hər şeyi birlikdə edən bacılar həm də eyni kollecdə oxuyub və hətta eyni şirkətdə çalışıblar. 

Kişi hər iki bacı ilə evlənməyə razılaşıb. Qeyd olunur ki, bəylə gəlinlərin ailələri qeyri-adi birləşməyə etiraz etməyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4317
avatar

Fidan İlqar

Oxşar yazılar