Azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızı ilə evli olan məşhur müğənni Doğuş sosial media hesabından qayınatasının ölüm xəbərini verib.
“Atamızı itirdik” deyən sənətçini “Ruh yoldaşımı itirdim” sözləri ilə həyat yoldaşı müşayiət edib.
11 il əvvəl azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızı ilə ailə quran müğənni Doğuş son illərdə evliliklərində xəyanət iddialarını açıq şəkildə rədd edib. Cütlük evliliklərini qaldıqları yerdən davam etdirib və o zaman ictimaiyyətin maraq dairəsi altında birliklərini gücləndiriblər.
Lakin onların xoşbəxt həyatları ailələrindən aldıqları kədərli xəbərlə sarsılıb. Doğuşun qayınatası dünyasını dəyişib. Tanınmış sənətçi sosial şəbəkə hesabında "Atamızı itirdik. Allah rəhmət eləsin, məkanı cənnət olsun, arxada qalanlara, sevənlərinə səbr versin" paylaşımı ilə acısını dilə gətirib.
Həyat yoldaşı Xoşqədəm Hidayətqızı emosional paylaşım edərək, təkcə atasını deyil, həm də həyatında ən önəmli dəstəkçilərindən birini itirdiyini ifadə edərək, "Dostumu, sirdaşımı, yoldaşımı itirdim. İlk dəfədir ki, belə acizlik və çətinlik yaşayıram" sözlərini yazıb.