Ərturqut Əliyev və Aytək xanım
30 iyul 2021 19:42 (UTC +04:00)

Ərturqut Əliyev və Aytək xanım

Bu gün Elçibəyin oğlunun toyudur - ÖZƏL FOTOLAR-VİDEO-YENİLƏNİB

Xəbər verdiyimiz kimi, bu gün mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevin toyudur. Lent.az bildirir ki, toy mərasimi şəhidlərimizin xatirəsinin yad olunması və Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Toydan videonu təqdim edirik:

 

17:50

 

Bu gün mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevin toyudur.

Lent.az xəbər verir ki, toy mərasimi Bakıdakı restoranlardan birində keçirilir. 

Ərturqut Əliyev gəlini atasına məxsus "Nissan Gloria" avtomobili ilə gətirib.

Cütlüyün qız toyu Naxçıvanda baş tutub. 

Xatırladaq ki, Ərturqut Əliyev Əbülfəz Elçibəyin silahdaşı olmuş həmkəndlisi və qohumu Mirhadi müəllimin qızı Aytək xanımla ailə həyatı qurur. 

# 21258
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar