Azərbaycanlı kişi qardaşları ilə arvadını döyüb,  ayaqlarını öpdürdülər
05 avqust 2023 15:15 (UTC +04:00)

Azərbaycanlı kişi qardaşları ilə arvadını döyüb, ayaqlarını öpdürdülər

Avqustun 1-də 37 yaşlı qadın boşanmağı planlaşdırdığı ərini əsirlikdə və zorakılıqda ittiham edərək polisə müraciət edib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Rusiya Daxili İşlər Nazirliyinin Moskvadakı “Troitski” bələdiyyələrarası idarəsinin hüquq-mühafizə orqanlarının əməkdaşları ailə qalmaqalı ilə məşğul olacaqlar.

Araşdırma zamanı məlum olub ki, ötən ilin iyun ayında mağazada satıcı işləyən Moskva rayon sakini 45 yaşlı Azərbaycan əsilli ərinə başqa kişi tapdığı üçün ondan boşanmaq istədiyini bildirib. Cütlük birlikdə üç uşaq böyüdür - 21 yaşlı qız və 22 və 9 yaşlı oğullarını.

Tezliklə ərinin iki qardaşı qadını evinin yaxınlığında qarşılayıb və ailə bayramı bəhanəsi ilə şənlik yerinə avtomobillə getməyi təklif ediblər. Yolda xanım nəyinsə səhv olduğundan şübhələnib, maşından buraxılmasını istəyib, bundan sonra onun üzünə bıçaq sapı ilə zərbələr endirilib. Qohumları silahla hədələməyə başlayıblar. Sərnişin hərəkətdə olarkən avtomobildən tullanmaq istəsə də, onu yenidən salona sürükləyiblər.

Qadının gətirildiyi yarımçıq tikili evdə onu zirzəmiyə aparıblar, orada qara zibil torbaları və kürək olub: bu, qətlə hazırlıq imitasiyası idi. Burada kişilər deyiblər ki, boşanma olmayacaq, indi onu kəsəcəklər, parçalayacaqlar, basdıracaqlar.

Təhdidlərdən sonra ərin qardaşları əsiri döyməyə başlayıb, sonra başını qırxıblar. Bununla da kifayətlənməyən həmin şəxslər qadının başını divara vurmağa başlayanda ərin özü gəlib. Sonra üçlük bədbəxt qadını boşanma ilə ailəni rüsvay etmək istədiyinə görə sağ qalması üçün bağışlanmasını diləmək məqsədilə ayaqlarını öpməyə məcbur ediblər.

İddiaya görə, girov qadınınn çantasından həmin gün aldığı maaşı - 70 min rublu (746 dollar), bütün sənədləri və telefonunu götürüblər.

Təcavüz səhər saat 5-ə qədər davam edib, bundan sonra xanım evə aparılıb. İşgəncə verənlər şərt qoyublar ki, qadın boşanmaqdan imtina edəcək, yeni sevgilisini unudacaq və daim keçəl olacaq.

Ertəsi gün xanım əşyalarını yığıb sevgilisinin yanına qaçıb və üç gün sonra birlikdə Adıgey Respublikasına yola düşüblər. O, yalnız bu ilin iyulunda qayıda bilib. Yaşadığı dəhşətdən polisə ifadə yazıb. Onun sözlərinə görə, polis şöbəsində üzbəüz görüşdə qadının üzərinə Azərbaycan dilində yenidən ölüm hədələri yağdırılıb.

Buna baxmayaraq, yaxınları dindirildikdən sonra evə buraxılıblar. Bu müddət ərzində ailə başçısı uşaqları öz analarına qarşı yönəldə bilib: onlar onun onlara xəyanət etdiyinə əmindirlər və onunla ünsiyyət qurmaq istəmirlər. Qadın 9 yaşlı oğlunu götürməklə yanaşı, ərinin də məsuliyyətə cəlb ediləcəyinə ümid edir. O, pasportunu və digər sənədlərini də bərpa etməlidir, çünki onlarsız işə düzəlmək çətindir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9630
avatar

Oxşar yazılar