“Şakro Molodoy”un  məclisində Rufo Gənciniski MÜZAKİRƏ EDİLDİ
02 aprel 2024 14:10 (UTC +04:00)

“Şakro Molodoy”un  məclisində Rufo Gənciniski MÜZAKİRƏ EDİLDİ

1 nömrəli “qanuni oğru” “Şakro Molodoy” (Zaxar Kalaşov) azadlığa çıxdıqdan sonra bütün avtoritetlərlə bağlı məsələ yeni gündəmə gətirilir.

Bunların içərisində bizə daha çox maraqlı gələn azərbaycanlı oğrularla bağlı məsələdir. Hansı ki, “Şakro” çıxan kimi onlardan birinin adı hallanmağa başladı. Bu “qanuni oğru” Rufo Gənciniskidir (Ülfət Tağıyev).

Lent.az xarici mediaya istinadən xəbər verir ki, “Şakro Molodoy”un avtoritetlərlə keçirdiyi ilk məclisdə Rufo Gənciniskinin də adı keçir. Belə ki, o, 1 nömrəli “qanuni oğru”nun sağ əli hesab edilən “qanuni oğru” Badri Koguaşvilinin (Badri Kutaisski) yaxın dostu hesab edilir. Elə həmin məclisdə də Badri ilə Rufo arasında olan münasibətlər müzakirə edilib. Bəziləri isə bu münasibətləri o qədər də doğru hesab etməyib. Bunu isə Rufonun kifayət qədər savadlı olmamsı ilə izah ediblər. Və bunun üçün də Badri ilə Rufo arasındakı ünsiyyət xoş qarşılanmayıb.

Badri və Rufo

Onu da deyək ki, “Şakro Molodoy” həbsdən çıxan zaman Badri Koquaşvilinin 60 illik yubileyini “1 nömrəli qanuni oğru”nun həbsdən azad edilməsini birlikdə böyük təntənə ilə qeyd etmək planı var idi. Hətta bununla bağlı qonaqlar ötən ay (martın 22-də) axşam Moskva yaxınlığındakı Odintsovodakı restoranlardan birinə dəvət edilib. Qonaqları şəxsən Badri qarşılayıb və onun yanında dostu Ülfət Tağıyev (Rufo) var idi. Rusiya mediasında qeyd edilir ki, Rufo axtarışdan yayınmaq üçün məcburi şəkildə dünyanı gəzməli olub. Sonra isə Rusiya Federasiyasına qayıtmaq üçün Federal Təhlükəsizlik Xidməti ilə danışıqlar aparıb və bunun nəticəsi müsbət olub.

Rufo Gənciniski

Lakin ilk qonaqlar restorana daxil olan kimi “Crocus Hall”da terror aktı törədildiyi məlum olub. Daha sonra Badri mikrofonu götürərək “kainat bu yubileyin əleyhinədir” deyib və məclisi başqa vaxt keçirəcəyini vəd edərək tədbiri ləğv edib. Əgər təxirə salınan tədbir sonradan baş tutsaydı Rufo ilə Şakro o məclisdə bir araya gələcəkdi. 1 saylı “qanuni oğru”nun təşkil etdiyi ilk kriminal məclisdə isə Rufo yox idi. Yuxarıda qeyd etdiyimiz kimi, özü olmasa da adı hallandı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10479
avatar

Cavidan HUN

Oxşar yazılar