Zəka Mirzəyev
16 aprel 2025 11:48 (UTC +04:00)

Zəka Mirzəyev

DSMF-nin yeni sədri Zəka Mirzəyev kimdir? - BİOQRAFİYA

Xəbər verdiyimiz kimi, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Zəka Aqil oğlu Mirzəyev Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri təyin edilib.

Lent.az Zəka Mirzəyevin qısa bioqrafiyasını təqdim edir:

Zəka Mirzəyevin neçə yaşı var?

Zəka Mirzəyev 1978-ci ildə anadan olub.

Zəka Mirzəyev harada təhsil alıb?

Zəka Mirzəyev 2000-ci ildə Bakı Dövlət Universiteninin Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsini beynəlxalq hüquq ixtisası üzrə bakalavr pilləsini, 2002-ci ildə magistr pilləsini fərqlənmə diplomu ilə, 2007-ci ildə aspiranturasını bitirib.

Zəka Mirzəyev əmək fəaliyyətinə nə vaxt başlayıb?

Zəka Mirzəyev əmək fəaliyyətinə 2000-ci ildə özəl sektorda hüquq məsləhətçisi kimi başlayıb.

Zəka Mirzəyev haralarda işləyib?

2003-2004-cü illərdə hərbi xidmət keçdikdən sonra, 2005-ci ildən Azərbaycan Respublikasının Maliyyə Nazirliyində baş məsləhətçi kimi dövlət qulluğuna daxil olub.

2009-cu ildən həmin nazirliyin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin sektor müdiri, 2016-cı ildən müdir müavini vəzifələrində çalışıb.

Maliyyə Nazirliyində müvafiq vəzifələrdə işlədiyi müddətdə qanunvericilik və siyasət məsələləri ilə bağlı vəzifə funksiyalarının icrası ilə yanaşı, Avropa Şurasının Pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (“MONEYVAL”) Komitəsində ekspert qrupunun üzvü, Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı danışıqlar prosesində Azərbaycan Respublikasını təmsil edən İşçi Qrupunun üzvü, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunmuş işçi qrupun üzvü, İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticari Əməkdaşlığı üzrə Daimi Komitəsində (“COMCEC”) maliyyə məsələləri üzrə Azərbaycan Respublikasını təmsilçisi və s. dövlət əhəmiyyətli funksiyaları icra edib.

2018-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Hərbi və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin, 2019-cu ildə Xüsusi Şərtlərlə Təyinat İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Zəka Mirzəyev son təyinata qədər harada işləyib?

Zəka Mirzəyev 2020-ci ildən Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini vəzifəsini icra edir.

Zəka Mirzəyev neçə kitabın müəllifidir?

Zəka Mirzəyev 20-dən çox elmi məqalənin müəllifi, biri dərslik olmaqla 4 kitabın həmmüəllifidir.

Zəka Mirzəyev hansı dilləri bilir?

Zəka Mirzəyev ingilis və rus dillərini bilir.

Zəka Mirzəyev ailə qurubmu? Övladı varmı?

Zəka Mirzəyev svlidir, dörd övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1878

Oxşar yazılar