15 il axtarışda olan polis işçisi ələ keçdi
19 avqust 2008 11:08 (UTC +04:00)

15 il axtarışda olan polis işçisi ələ keçdi

0
Hadisə Tərlan Mahmudov bələdiyə polisində çalışarkən, 1993-cü il martın 22 –də baş verib. Həmin gün saat 21 radələrində vətandaş Nəsirova Sahilə Aslan qızı Gəncə şəhəri Keçid küçəsində Mahmudov Tərlan Əhməd oğlunun xidmət etdiyi ərazidən keçərkən polis nəfəri onun içərisində olduğu avtomobilin ardınca odlu silahdan atəş açıb. Nəsirova Sahilə Aslan qızı xəstəxanaya aparılarkən aldığı güllə yarasından vəfat edib.
Hadisənin üstündən 15 il ötsə də, təqsirləndirilən şəxs indiyəcən azadlıqda qalmağa müvəffəq olub. Ancaq son zamanlar daxili işlər orqanlarının açılmamış cinayətlərə diqqəti artırması nəticəsində Tərlan Mahmudovun da işi gündəmə gəlib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Tərlan Mahmudov törətdiyi əməli etiraf edib. Hazırda Gəncə şəhər Prokurorluğunda hadisə ilə bağlı istintaq aparılır. Gəncə şəhər Kəpəz rayon polis şöbəsinin rəisi Elçin Qurbanovun sözlərinə görə, hadisənin uzun müddət açılmamasına səbəb işin düzgün aparılmaması olub.
Hazırda saxlanılan şəxs Kəpəz rayon polis şöbəsinin müvəqqəti saxlama təcridxanasındadır. O deyir ki, uzun müddət istintaqdan qaçmağa nail olsa da törətdiyi cinayıt işindən peşmandır.
İbtidai istintaqın gedişinə əsasən güman etmək olar ki, vəzifə səlahiyyətlərini aşaraq mülki şəxsin ölümünə səbəb olan Tərlan Mahmudovu yüngül cəza gözləmir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1101

Oxşar yazılar