“Kurtlar vadisi”nin Kazımı Stalonini mühafizə edib
O, ayağı ilə eyni anda 5 beysbol toxmağını qıran tək idmançıdır
“Kurtlar vadisi pusu” serialının sevimli xarakterlərindən biri olan “Ştandart Kazım”ı canlandıran Kazım Çarman 9 yaşından bəri İsveçrədə yaşayır.
Lent.az-ın məlumatına görə. Aktyor özəl həyatı barədə “Post haber”ə danışıb. 36 yaşlı Çarman Türkiyənin Qəhrəman Maraş vilayətində doğulub, 1982-ci ildə ailəsi ilə birlikdə İsveçrəyə köçüb. Evli və 2 qız atası olan Kazımın İsveçrədə xüsusi mühafizə şirkəti var.
Onun sahib olduğu mühafizə şirkəti indiyədək dünyaca ünlü şəxslərin mühafizəsini həyata keçirib. Həmin məşhurların arasında Sivestr Staloni, mərhum Möhsün Yazıçıoğlu, Mahsun Qırmızıgül, Özcan Dəniz, “Kurtlar vadisi”nin oyunçuları, habelə tanınmış manekenlər, iş adamları, idmançılar, siyasətçilər olub.
Gənc yaşlarında maşın təmirçisi olan Çarman daha sonra peşəsini dəyişib, İsveçrədəki 2 illik Beynəlxalq Yaxın Mühafizə məktəbini bitirib. Bu məktəbdə silahlı mühafizə, qiymətli əşya daşımaq, kortej mühafizəsi, limuzin idarə etmək, düşməni tanımaq, insan psixologiyası sahəsində təhsil alıb.
Kazım mütəmadi olaraq idmanla məşğul olur. 8 il professional kikboksla məşğul olan Kazım bu sahədə 2 dəfə Avropa, 3 dəfə İsveçrə çempionu olub. O, hələ də İsveçrədə varlı iş adamlarının mühafizəsini təşkil edir və eyni zamanda xarici filmlərə çəkilir. Kazım ayağı ilə eyni anda 5 beysbol toxmağını qıran tək idmançıdır.
“Kurtlar vadisi pusu”nun yeni bölümləri barədə açıqlamaya verməyən Çarman sadəcə, “hər şey ola bilər” deyib.
“”Bəzən ssenaridə başa düşmədiyim türkcə sözlər olur. “Standart” sözü İsveçrədə “şıtandart” kimi tələffüz edilir. Ssenaristlər bəzən mənim bu tipli sözlərimə ssenari içində yer verirlər və yaxşı da alınır” -, deyə Çarman qeyd edib.
O, indiyədək siqaret çəkmədiyini və spirtli içki qəbul etmədiyini də vurğulayıb. Çarmanın ən böyük hədəfi isə Türkiyədə mükafat alandan sonra Hollivuda doğru getməkdir.

Oxşar yazılar

“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
2 iyul 2025 , 16:39
Bu məşhurlar Bakıya gələ bilməyəcək - Siyahı
2 iyul 2025 , 12:34
"Məndən əvvəl başqa qız olduğunu bildim" - 29 yaşlı model Yamalla münasibətindən DANIŞDI
2 iyul 2025 , 11:08
Günay İbrahimlinin daha bir SİRRİ açıldı
2 iyul 2025 , 09:35
"Məndən bir də borc istəməyin" - Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu
1 iyul 2025 , 14:54
Miri Yusifə ağır itki
1 iyul 2025 , 10:29
Maykl Ceksonla bağlı daha bir sirr açıldı
30 iyun 2025 , 14:58
Ad-soyadlarını yanlış tələffüz etdiyiniz 8 ULDUZ
30 iyun 2025 , 13:45