taxi
11:41 3 dekabr 2020

Evdə pişik saxlamağın insan sağlamlığına FAYDALARI

İnsan və heyvanlar arasındakı münasibəti araşdıran elm xadimləri pişik saxlamağın sağlamlıq üçün bəzi faydalarının olduğunu aşkar ediblər. Evdə bir pişiklə yaşamaq sosial münasibəti gücləndirir və daha çox gülməyə, oynamağa, məşq etməyə imkan yaradaq depressiyanı azaldır. Beləliklə, immunitet sistemi də daha yaxşı işləyir.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, insan və pişik arasındakı münasibətə dair sübut əldə edən ən qədim tapıntı Kiprdə bir insan qəbirindəki 9500 illik pişik skeletidir. Anadoludan gələn ilk əkinçilər vəhşi pişikləri qayıqla adaya gətirənədək burada pişik yox idi. Bu vəziyyət pişiklərlə insanların Anadoluda on min ildən  uzun müddətdir əkinçiliyin başlanışından birlikdə yaşadığını sübuta yetirir.

Ən gözəl pişik növlərindən biri olan Van pişiyi sadəcə Van gölü hövzəsində yaşayan damazlıq  bir pişik növüdür. Bu pişiklərinn bir gözünün göy, birinin kəhrəba rəngli olması sıx müşahidə olunan genetik bir xəstəlikdir. Tülkünün quyruğuna oxşar qabarıq bir quyruğu və ağ, ipək kimi tükləri var. Suyu və üzməyi çox sevir. Van pişiyinin Vana məxsus bir heyvan olduğu rəsmi olaraq 2006-cı il aprelin 22-də təsdiq edilib.

 

 

# 1840
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar