Maska taxmayan 90 sürücü cərimələndi - FOTO
02 dekabr 2020 17:57 (UTC +04:00)

Maska taxmayan 90 sürücü cərimələndi - FOTO

Koronavirusun ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejimi qaydaları çərçivəsində polis və Daxili Qoşunların hərbi qulluqçuları paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət –profilaktik tədbirlər davam etdirir.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, keçirilən tədbirlərdə əsas məqsəd əhalinin sağlamlığı, sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılmasıdır. 

Polis əməkdaşları tərəfindən sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilib, bu qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq və digər intizam tənbeh tədbirləri tətbiq edilib. 

Virus riskinin yüksək olduğu qapalı məkanlarda, eləcə də ictimai nəqliyyatda, taksilərdə hərəkət iştirakçıları ilə aparılan fərdi profilaktik söhbətlərdə diqqətə çatdırılıb ki, noyabr ayının 23-27-də respublikamızda ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən 747 sərnişin, taksi fəaliyyəti ilə məşğul olan olan və şəffaf arakəsmələrdən istifadə etməyən 90 sürücü barəsində inzibati protokol tərtib edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1975

Oxşar yazılar