
Hacıqabulda yaşadıqları yeri tərk edən koronavirus xəstələri barəsində cinayət işi başlanılıb - FOTO

Hacıqabulda yaşayış yerini tərk edən koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb, 2 nəfər barəsində isə araşdırma aparılır.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul Rayon Polis Şöbəsinə koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini, 1958-ci il təvəllüdlü Əliyev Vaqif Əliqulu oğlunun yaşadığı Xalnar küçəsi, 2 ünvanını özbaşına tərk edərək başqa yaşayış məntəqəsinə - Şirvan şəhərinə getməsi məlum olub. Bu zaman adı çəkilən şəxs bir neçə avtomobil dəyişərək digər bir şəhərdə müxtəlif yerlərdə olub. Bu zaman epidemiya, sanitar-gigiyena və ya karantin rejimi qaydalarını pozaraq digər şəxslərin COVID-19 virusuna yoluxmasına risklər yaradıb, sağlam şəxslərin həyatını real təhlükədə qoyub. Toplanılan materiallar əsasında V.Əliyev barəsində cinayət məcəlləsinin 139-1.1 maddəsi ilə cinayət işi başlanılıb.
Digər tədbirlər çərçivəsində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası birgə reydlər zamanı COVID-19 virusuna yoluxan Hacıqabul şəhər sakinləri - S.Vurğun küçəsi 6 ünvanında yaşayan 1966-cı il təvəllüdlü Həsənov Rasim Bilal oğlu və Xətai küçəsi, ev 3 mənzil 6 ünvanında yaşayan Əhmədov Elşən Məzahir oğlu yuxarıda götərilən ünvanlarda aşkar edilməyiblər. Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası yaşadığı ünvanı tərk edən həmin şəxsləri tibbi prosedurlar gözlənilməklə evlərinə qaytarıb və onlarla profilaktik söhbətlər aparılıb.
Hər iki şəxs barəsində Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.

Oxşar yazılar

Bakının əsas prospektində qəza: tıxac yarandı
19 yanvar 2021 , 19:10
"Lotu Quli"nin məzarı üstündə atışma: ölən var
19 yanvar 2021 , 18:35
Məşhur rektor vəfat etdi
19 yanvar 2021 , 16:48
Bakıda maşının vurduğu qadın öldü
19 yanvar 2021 , 12:18
Əmisini öldürüb evini yandıran sabiq polis hakim qarşısına çıxarılır
19 yanvar 2021 , 11:36
Polietilen torbalarla bağlı daha bir XƏBƏRDARLIQ - əks halda...
19 yanvar 2021 , 11:22
İnternetdə 168 kiloluq narkotik alveri - Xüsusi ƏMƏLİYYAT
19 yanvar 2021 , 10:56
Yol Polisindən sürücülərə müraciət
19 yanvar 2021 , 10:41