Yetkinlik yaşına çatmayanlarla bağlı komissiyanın yeni tərkibi
30 noyabr 2020 18:33 (UTC +04:00)

Yetkinlik yaşına çatmayanlarla bağlı komissiyanın yeni tərkibi

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi haqqında” Nazirlər Kabinetinin qərarına dəyişiklik edib. 

APA-nın məlumatına görə, dəyişikliyə əsasən Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya 11 nəfərdən ibarət tərkibdə təsdiq edilib. 

Komissiyanın sədri: Əli Əhmədov - Baş nazirin müavini

Komissiyanın üzvləri: təhsil naziri, səhiyyə naziri, əmək və əhalinin sosial müdafiəsi naziri,  mədəniyyət naziri, gənclər və idman naziri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin müdiri, daxili işlər nazirinin müavini,  Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini, “Regional İnkişaf” İctimai Birliyinin sədri.

Beləliklə, “Regional İnkişaf” İctimai Birliyinin sədri Komissiyanın üzvləri sırasına daxil edilib, Azərbaycan Uşaq Fondunun İdarə Heyətinin sədri isə Komissiyanın üzvlüyündən çıxarılıb.

 

# 1300
avatar

Oxşar yazılar