Qurban Qurbanovun koronavirusa yoluxması təsdiqləndi
29 noyabr 2020 18:46 (UTC +04:00)

Qurban Qurbanovun koronavirusa yoluxması təsdiqləndi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun koronavirusa yoluxması təsdiqlənib.

Apasport.az saytının məlumatına görə, bu, Premyer Liqanın XI turunun “Sənail”lə matçından (1:1) sonra açıqlanıb.

Bildirilib ki, dünən “Qarabağ”la Ağdama getməyən və bu gün komandanı meydana çıxarmayan 48 yaşlı mütəxəssisin səhhətindəki problem virusla bağlı olub. Qurbanovun koronavirus testi müsbət nəticə verib.

# 2419
avatar

Oxşar yazılar