Daha bir koronavirus xəstəsinin evi tərk etdiyi aşkarlandı
28 noyabr 2020 14:24 (UTC +04:00)

Daha bir koronavirus xəstəsinin evi tərk etdiyi aşkarlandı

Sabirabadda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus pandemiyasına yoluxmuş rayon sakini E.Haqverdiyev karantin qaydalarına zidd davranaraq, yaşadığı ünvanı tərk etdiyi  müəyyən edilib.

Həmin şəxs rayon ərazisində aşkar olunub və yaşadığı ünvana geri qaytarılıb. Onunla profilaktiki mövzuda söhbətlər aparılaraq koronavirus pandemiyasının bəşəri bəla olduğunu, bütün dünyanın bu bəladan əziyyət çəkidyi deyilib.

Hazırda həmin şəxs barəsində Sabirabad rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.

# 949
avatar

Mehman Nəbiyev

Oxşar yazılar