Bakıda köşkdə yanğın: ölən var
28 noyabr 2020 02:20 (UTC +04:00)

Bakıda köşkdə yanğın: ölən var

Bakıda yanğın zamanı bir nəfər ölüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilir ki,  paytaxtın Nərimanov rayonunda ümumi sahəsi 3 m² olan taxtadan ibarət gözətçi köşkünün yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1960-cı il təvəllüdlü Məcidov Ədalət Əvəz oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

# 1258
avatar

Oxşar yazılar