
Məişət zorakılığına məruz qalanların qeydiyyatını polis aparacaq
Məişət zorakılığına ilk dəfə və təkrar məruzqalma hallarının qeydiyyatı qeydiyyatı polis orqanları tərəfindən aparılacaq.
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nında əksini tapıb.
Fəaliyyət Planına əsasən, 2020-2023-cü illərdə məişət zorakılığına dair vahid məlumat bankının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə məişət zorakılığına ilk dəfə və təkrar məruzqalma hallarının qeydiyyatının polis orqanları tərəfindən aparılması və bu məlumatların vahid məlumat bankına operativ şəkildə ötürülməsinin təmin edilməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırıq verilib. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) də prosesdə iştirakı tövsiyə edilib.

Oxşar yazılar

Kəlbəcərin Nadirxanlı kəndi - VİDEO
20 yanvar 2021 , 19:26
"20 yanvar qurbanlarının qisasını alacağıq!", demişdi... - İki bacının ŞƏHİD qardaşı - FOTO - VİDEO
20 yanvar 2021 , 18:44
Psixoloji yardım davam edir: daha 20 mütəxəssis gətirildi - FHN-VİDEO-YENİLƏNİB
20 yanvar 2021 , 18:02
Günün koronavirus STATİSTİKASI: 332 yoluxma, 897 sağalma, 12 ölüm
20 yanvar 2021 , 16:41
20 yanvar şəhidləri Şuşada anıldı-VİDEO
20 yanvar 2021 , 14:48
Qürur və and yerimiz-FOTOLENT
20 yanvar 2021 , 13:00
Bakıya qar yağacaq - PROQNOZ
20 yanvar 2021 , 12:27
İnterneti olmayan şagirdlər belə imtahan verəcək - RƏSMİ
20 yanvar 2021 , 12:10