
Bu ölkə "Facebook"u 6 milyon dollar cərimələdi - SƏBƏB

Cənubi Koreya hökuməti konfidensial məlumatların qorunması qanunu pozduğuna görə Facebook şirkətini 6 milyon dollar dəyərində cərimələyib.
Lent.az "technote"a istinadən xəbər verir ki, istifadəçilər öz "Facebook" hesabları vasitəsilə kənar servislərə daxil olan zaman şirkət onların konfidensial məlumatlarını üçüncü tərəflərə ötürübmüş.
Qeyd edək ki, 6 il ərzində "Facebook" şirkəti öz istifadəçilərinin razılığı olmadan onların konfidensial məlumatlarını biznes operatorlara ötürüb.
Bu, Cənubi Koreya tarixində kənar ölkənin şirkətinə qarşı tətbiq olunmuş ilk sanksiyadır. 2012-ci ildən 2018-ci ilə kimi Facebook şirkəti 3.3 milyon koreyalı istifadəçinin konfidensial məlumatlarını üçüncü tərəflərə ötürüb. Bundan əlavə olaraq həmin şəxslərin Facebook-dakı dostlarının konfidensial məlumatları da üçüncü tərəflərə ötürülürdü və bu məsələdə həmin istifadəçilərin razılığı əldə olunmurdu. Ötürülmüş konfidensial məlumatlar arasında istifadəçilərin adları, ünvanları, doğum tarixləri və sosial şəbəkədə qeyd etdikləri münasibət statusu olub.

Oxşar yazılar

SOS: 20 ildən sonra meşələrin yarısı karbon ifraz etməyə başlayacaq
19 yanvar 2021 , 19:52Sudanda qan su yerinə axdı: 129 ölü, 198 yaralı
19 yanvar 2021 , 07:14
Çexiyanın XİN rəhbəri koronavirusa yoluxdu
18 yanvar 2021 , 20:28
Koronavirusun qorxusundan üç ay hava limanında yaşadı
18 yanvar 2021 , 19:38
Navalnı barəsində həbs qərarı verildi
18 yanvar 2021 , 18:05
Aleksey Navalnı Moskvada saxlanıldı
17 yanvar 2021 , 22:32
Tramp və Putinin görüşü zamanı tərcüməçinin qeydləri hara gedib? - ÜSTÜ AÇILDI
17 yanvar 2021 , 19:01
Türkiyədə Rusiya gəmisi batdı
17 yanvar 2021 , 14:41