
"Toppuş bacı"da yenidən şiş tapıldı: "...həyatla vidalaşıram" - VİDEO

Xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyevanın səhhətində yenidən problem yaranıb.
Lent.az-a açıqlama verən “Toppuş bacı” bildirib ki, ağ ciyərində şiş tapılıb:
“İndi də ağciyərimdə şiş tapıldı. Birinci MRT-dən sonra balacalaşma var. Bu artıq bədənimin 4-cü hissəsindədir. Güman edirəm ki, bununla da bitəcək. Çünki bədənim artıq kimyalara davam gətirmir. Sonuncu kimyanı qəbul edəndə 21-22 gün fasilə verməli idim. Amma bu dəfə arada olan məsafə çox oldu. Təsəvvür edin ki, son dəfə mənə kimya köçürməli olanda evdə pis hala qaldım. Məni evdən apardılar atamgilə. Çünki biz elə başa düşdük ki, mən artıq həyatla vidalaşıram. Allah heç bir anaya bu ağrıları qismət eləməsin. Günü sayırsan ki, birdən yataram, sabah ayılmaram. 15 gün atamgildə qaldım, bacım mənə baxdı. Çox şükür ki, o ağrılar məndən keçdi. İnanıram ki, ağ ciyərimdə tapılan yeni şiş də keçəcək. İnanın ki, ölürdüm. Elə hiss edirdim ki, əzrail mənimlə bərabər oturmuşdu, canımı almağı gözləyirdi. Görünür məni övladıma bağışladı”.
Xatırladaq ki, T.Əliyeva əvvəl uşaqlıq yolu xərçəngindən əziyyət çəkirdi. Daha sonra onun böyrək damarlarında şiş tapılıb.
Qeyd edək ki, sözügedən açıqlamaya aşağıdakı videonun 10-cu dəqiqəsindən sonra baxa bilərsiniz:

Yalçın UĞUR
Oxşar yazılar

Bu da aşıq Zülfiyyənin DƏBDƏBƏLİ EVİ - VİDEO
19 yanvar 2021 , 14:59
Oğlu boşandı, Mətanətin adın dəyişdilər – QALMAQAL BÖYÜDÜ
19 yanvar 2021 , 13:39
Xalq artisti efirdə AĞLADI - VİDEO
19 yanvar 2021 , 09:35
Məşhur müğənni sevgilisindən ayrıldı
19 yanvar 2021 , 09:13
Xalq artistinin küçədə yaşayan oğlu xəstəxanalıq oldu - VİDEO
18 yanvar 2021 , 15:03
"Qızım ailə qurmaq istəmir, müğənni olmaq istəyirdi" - Xalq artisti
18 yanvar 2021 , 13:43
"Bir dəfə nişanlı olmuşam, atam onunla görüşməyə qoymurdu" - VİDEO
18 yanvar 2021 , 13:17
Aybəniz Haşımovanı canlı yayımda parodiya etdi - VİDEO
18 yanvar 2021 , 11:25