
Toysuz evlənən cütlüklərin sayı AÇIQLANDI

Məlum olduğu kimi, aylardır ki, yeni növ koronavirus (COVID-19) təhlükəsi səbəbi ilə Azərbaycanda kütləvi tədbirlərin təxirə salınması qərara alınıb.
Xatırladaq ki, ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla) qadağan edilmişdi.
Lent.az rəsmi statistik göstəricilərə istinadən məlumat verir ki, bu ilin ilk üç ayında qeydiyyat şöbələri tərəfindən 12 127, yanvar-sentyabr aylarında isə 26 312 nikah qeydə alınıb. Qeydə alınan nikahların 14 185-i “Şadlıq evləri”nin bağlı olduğu aprel-sentyabr aylarında olub.
2019-cu il yanvar-sentyabr aylarında isə qeydiyyat şöbələri tərəfindən 42 163 nikah qeydə alınıb. Bu isə o deməkdir ki, bu il 15 851 evlilik az qeydə alınıb.
Əlavə edək ki, 2020-ci ilin ilk üç ayında qeydiyyat şöbələri tərəfindən 3 823, yanvar-sentyabr aylarında isə 11 089 boşanma halları qeydə alınıb. Qeydə alınan boşanmaların sayı isə aprel-sentyabr aylarında 7 266 olub.
Bundan başqa, 2019-cu ilin yanvar-sentyabr aylarında 11 317 boşanma qeydə alınıb. Rəqəmlərdən məlum olur ki, bu il ötən illə müqayisədə say (228) azalıb.

Hicranə Əlişqızı
Oxşar yazılar

Yanğınların əsas səbəbləri və yanğın zamanı təhlükəsizliyə dair QAYDALAR
23 yanvar 2021 , 18:57
Kəlbəcərin Qamışlı kəndindən GÖRÜNTÜLƏR
23 yanvar 2021 , 17:50
SON STATİSTİKA: 162 yoluxma, 8 ölüm...
23 yanvar 2021 , 17:24
Əhaliyə vəhşi quşlarla bağlı RƏSMİ XƏBƏRDARLIQ
23 yanvar 2021 , 16:49
Ermənilər Zəngilan məzarlığında meyitlərin qızıl dişlərini çıxarıblar - "ZƏFƏRİN İZİ İLƏ" - VİDEO
23 yanvar 2021 , 15:38
Cəbrayılın Aşağı Maralyan kəndindən GÖRÜNTÜLƏR
23 yanvar 2021 , 14:53
Polis polkovniki sərəncama göndərildi
23 yanvar 2021 , 14:43
Ət satışı məntəqəsinin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB
23 yanvar 2021 , 14:34