Daha iki koronavirus xəstəsi evi tərk etdi
25 noyabr 2020 12:54 (UTC +04:00)

Daha iki koronavirus xəstəsi evi tərk etdi

Beyləqanda yaşadığı ünvanı tərk edən COVID-19 xəstələri müəyyən edilib.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən rayon sakinləri X. Məmmədov və İ. Zeynallının karantin qaydalarına zidd davranaraq yaşadıqları ünvanı tərk etdikləri müəyyən edilib.

Həmin şəxslərin qanunazidd hərəkətlərinin qarşısı alınıb və yenidən yaşadıqları ünvana gətiriliblər. Onlarla profilaktiki mövzuda söhbətlər aparılaraq koronavirus pandemiyasının bəşəri bəla olduğunu, bütün dünyanın bu bəladan əziyyət çəkidyi deyilib.

Hadisə ilə əlaqədar Beyləqan rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1293

Oxşar yazılar