
Azərbaycanlı alim BMT-nin beynəlxalq şəbəkəsinin nümayəndəsi təyin olundu
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü Amin İsmayılov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Qlobal Torpaq Tərəfdaşlığı (GSP) proqramı üzrə Torpaq İnformasiyaları İnstitutları Beynəlxalq Şəbəkəsinin (INSII) Azərbaycanda nümayəndəsi təyin olunub.
Lent.az AMEA-ya istinadən xəbər verir ki, bu haqda FAO-nun GSP katibliyinin məlumatında qeyd edilib. Bildirilib ki, hazırda torpaqda üzvi karbon potensialının qlobal xəritəsinin (GSOCseq) hazırlanmasına start verilib. Hər bir ölkə üzrə analoji xəritələr INSII-nin milli nümayəndələri tərəfindən FAO-ya təqdim olunacaq.
GSOCseq xəritəsi davamlı torpaq idarəetməsi nəticəsində atmosferdən torpaqlara karbonun toplanmasına potensial təsirini qiymətləndirmə prosesinə əsaslanan RothC modelləşdirmə yolu ilə hazırlanan qlobal bir xəritə olacaq. GSOCseq modelləşdirməsinin elmi və texniki mürəkkəbliyini, əvvəlki GSP layihələrində ilk torpaq üzvi karbon ehtiyatlarının qlobal xəritəsinin tərkib hissəsi kimi milli xəritəni hazırlaması və bu sahədə müsbət təcrübəsini nəzərə alaraq Amin İsmayılovun Azərbaycan üzrə INSII-nin nümayəndəsi təyin olunması tövsiyə edilib.
Bu istiqamətdə fəaliyyətin ilkin mərhələsi kimi noyabrın 16-20-də videokonfrans vasitəsilə FAO-nun Romadakı Baş ofisində 5 günlük təlim keçirilib. Amin İsmayılovlaun təklifi ilə rəqəmsal torpaq xəritəçiliyi üzrə daha iki azərbaycanlı gənc mütəxəssis də bu təlimlərdə iştirak ediblər.

Aygün İbrahimli
Oxşar yazılar

Yanğınların əsas səbəbləri və yanğın zamanı təhlükəsizliyə dair QAYDALAR
23 yanvar 2021 , 18:57
Kəlbəcərin Qamışlı kəndindən GÖRÜNTÜLƏR
23 yanvar 2021 , 17:50
SON STATİSTİKA: 162 yoluxma, 8 ölüm...
23 yanvar 2021 , 17:24
Əhaliyə vəhşi quşlarla bağlı RƏSMİ XƏBƏRDARLIQ
23 yanvar 2021 , 16:49
Ermənilər Zəngilan məzarlığında meyitlərin qızıl dişlərini çıxarıblar - "ZƏFƏRİN İZİ İLƏ" - VİDEO
23 yanvar 2021 , 15:38
Cəbrayılın Aşağı Maralyan kəndindən GÖRÜNTÜLƏR
23 yanvar 2021 , 14:53
Polis polkovniki sərəncama göndərildi
23 yanvar 2021 , 14:43
Ət satışı məntəqəsinin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB
23 yanvar 2021 , 14:34