taxi
10:03 24 noyabr 2020

Koronavirusa yoluxan sürücü postda saxlanıldı

madeyra

Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.

Sabirabad rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, rayon sakini 56 yaşlı Əkbərov Qubad Əkbər oğlunun noyabrın 11-də COVID-19 virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, noyabrın 23-də idarə etdiyi "QAZ-3110" markalı avtomobillə hərəkətdə olarkən xüsusi karantin rejimi ilə əlaqədar yaradılmış stasionar postda saxlanılıb. Onun epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratması müəyyən edilib.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Sabirabad rayon Polis Şöbəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

# 349
avatar

Mehman Nəbiyev

Oxşar yazılar